Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Məsuliyyət həddi

Başqa fərdi qayda müəyyən edildiyi hallar istisna olmaqla, Neft Fondu oilfund.az domeyninin və veb-saytın tərkibi üzrə müəllif hüquqlarının sahibidir. Müəllif hüquqları Fond tərəfindən sonradan silinə və ya dəyişdirilə bilən hər hansı material da daxil olmaqla bu veb-saytda dərc olunmuş bütün materialları əhatə edir.

Xahiş edirik, veb-səhifələrdə xətaların baş verə bilməsini nəzərə alasınız. Fondun veb-saytında və ya istinad olunan səhifələrdə mövcud olan məlumatların istifadəsi ilə bağlı Fond heç bir öhdəlik daşımır. Bu faiz dərəcələri, statistik göstəricilər və məzənnələr üzrə məlumatlar da daxil olmaqla bütün məlumatlara şamil edilir. Fond belə məlumatın yanlış, natamam və ya yanıltıcı olması nəticəsində yarana bilən birbaşa və ya dolayı zərər və ya ziyana görə heç bir öhdəlik daşımır.