ARDNF - Azərbaycan Respublikası Dövlət Neft Fondu

Sayt üzrə axtarış

English
Ana səhifə
Saytın xəritəsi
Fond haqqında
Fəaliyyət
Hüquqi sənədlər
Hesabatlar və statistika
Mətbuat guşəsi

Ana səhifə >> Hesabat arxivi >> Rüblük hesabat

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatı (2004-cü ildə gəlir və xərclər barədə açıqlama)

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2004-cü il ərzində Neft Fondunun gəlirləri 1614,3 milyard manat, xərcləri 871,2 milyard manat təşkil etmişdir.

2004-cü il ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 506,8 milyard manat, o cümlədən mənfəət neftinin satışından 1 294, 8 milyard manat, neftin Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 59,7 milyard manat, bonus ödənişlərindən 106,0 milyard manat, akrhesabı ödənişlərdən isə 43,3 milyard manat təşkil etmişdir. Xarici sərmayəçilər tərəfindən verilmiş aktivlərin satışından əldə edilmiş gəlir isə 3,0 milyard manata bərabər olmuşdur. On iki ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından 107,5 milyard manat gəlir əldə edilmişdir.

Hesabat ili ərzində Neft Fondunun 2004-cü il büdcəsinin icrası, habelə vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində 75,0 milyard manat Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin, 89,0 milyard manat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyəşdirilməsinə yönəldilmiş, 650,0 milyard manat isə dövlət büdcəsinə transfer edilmişdir. Ötən il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 3,6 milyard manat, valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri isə 13,2 milyard manat olmuşdur. 2004-cü ildə dövlət büdcəsinə 39,8 milyard manat mənfəət vergisi və 0,6 milyard manat digər vergilər köçürülmüşdür.

2004-cü ildə Fondun vəsaitlərinin idarə edilməsi üzrə gəlirlilik – hesabat valyutasi üzrə (Azərbaycan manatı) 2,14% , baza valyutasi üzrə (ABŞ dollari) isə 2,57% təşkil etmişdir.

2004-cü il yanvarın 01-nə 4 trilyon 15,0 milyard manata (təqribən 815 milyon ABŞ dolları) bərabər olmuş Fondun vəsaitləri 2004-cü il dekabr ayının 31-nə 4 trilyon 758 milyard manat (təqribən 970,5 mln. ABŞ dolları) təşkil etmişdir.

Azərbaycan Respublikasi Dövlət Neft Fondunun 2004-cü il büdcəsinin icrasi barədə auditi olunmamış QISA HESABATI

Gəlirlərin icrası

Sıra
№-si
Gəlir mənbələri Gəlirlərin məbləği
(mln. manat)
İcra faizi
Təsdiq olunmuş Faktiki
1. Azərbaycan Respublikasının payına düşən xam neftin satışından əldə edilən gəlir 746250,0 1294806,9 173,5
2. Akrhesabı ödənişlər 31541,5 43260,1 137,2
3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 75520,5 59711,0 79,1
4. Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlirlər 75408,4 107534,1 150,8
5. Bonus ödənişləri - 105991,0 -
6. Digər gəlirlər və daxilolmalar - 2984,3 -
  Cəmi 928720,4 1614287,4 174,5


Xərclərin icrası

Sıra
№-si
Xərc istiqamətləri Xərclərin məbləği
(mln. manat)
İcra faizi
Təsdiq olunmuş Faktiki
1. Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həllinə dair Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası ilə bağlı xərclər 90000,0 74952,3 83,3
2. Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər 89000,0 89000,0 100,0
3. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinə transfert 650000,0 650000,0 100,0
4. Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 14696,2 3555,6 24,2
  Cəmi 843696,2 817507,9 96,9