|
Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması
Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, Ramanı, Pirşağı və Fatmayı qəsəbələri ərazisində məcburi köçkünlər üçün yaşayış evlərinin, müvafiq sosial-mədəni və digər obyektlərin tikintisi həyata keçirilmişdir.  2001-ci ildən 01.04.2012 tarixinədək olan dövr ərzində bu layihə üzrə tədbirlərə Fonddan ümumilikdə 906,5 milyon manat, o cümlədən cari ilin 1-ci rübü üzrə 48,7 milyon manat vəsait ayrılmışdır. Ayrılmış ümümi vəsait hesabına Azərbaycanın müxtəlif bölgələrində enerji, qaz, su təchizatı və digər zəruri sosial və texniki infrastruktur sistemləri ilə təmin edilən yeni yaşayış qəsəbələri salınmışdır. Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər Dövlət Neft Fondu tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilmiş və müvafiq qaydada əsaslandırılmış sifarişləri əsasında adı çəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir. Məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış edir. Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin edir, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil edir və əlaqələndirir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarının icrasına uyğun olaraq salınmış qəsəbələrdə tikintisi tamamlanmış evlər, sosial-mədəni və infrastruktur obyektlər üzrə 01.04.2012 tarixinə olan məlumat Qanunverici aktlar | Ölçü vahidi | No 562,700 | No 577,700 | No 80 | No 298 | No 2475 | No 1346 | No 687 | No 303 | Cəmi | İcraçılar | | ƏBYA | MKSİF | MKSİF | MKSİF | MKSİF | MKSİF | MKSİF | MKSİF | | Qəsəbələr | ədəd | 10 | 14 | 13 | 13 | 7 | | 1 | | 58 | Binalar | ədəd | 1 | | | | 14 | 5 | | 9 | 29 | Evlər/mənzillər | ədəd | 2 231 | 3 860 | 3 860 | 4 179 | 3 692 | 300 | 490 | 41 | 19 073* | Məktəblər | ədəd | 6 | 12 | 15 | 7 | 9 | | 1 | 2 | 52 | Musiqi məktəbləri | ədəd | 0 | 0 | 3 | | | 1 | 1 | | 5 | Uşaq bağçaları | ədəd | 6 | 12 | 5 | 11 | 6 | | | | 40 | Xəstəxanalar | ədəd | 1 | 1 | 1 | 1 | 1 | | | | 5 | Tibb məntəqəsi | ədəd | 0 | 0 | 4 | | | | | | 4 | Ambulatoriya | ədəd | 0 | 0 | 1 | 4 | 2 | | 1 | | 8 | Feldşer-mama məntəqəsi | ədəd | 5 | 11 | 4 | 2 | 1 | | | | 23 | İcma mərkəzi | ədəd | 0 | 10 | 8 | 11 | 6 | | 1 | | 36 | Yanğınsöndürmə deposu | ədəd | 1 | 3 | 1 | 2 | 4 | | | | 11 | İnzibati bina | ədəd | 4 | 10 | 10 | 11 | 9 | | 1 | | 45 | Rabitə qovşağı | ədəd | 1 | 10 | 7 | 11 | 3 | | 1 | | 33 | Baytarlıq məntəqəsi | ədəd | 0 | 0 | 3 | 3 | 2 | | | | 8 | Hamam | ədəd | 3 | 14 | 12 | 2 | | | | | 31 | İdman olimpiya kompleksi | ədəd | 0 | 0 | | 1 | | | | | 1 | Artezian quyular | ədəd | 3 | 37 | 124 | 12 | 25 | | | 6 | 207 | Su anbarları | ədəd | 31 | 38 | 4 | 18 | 22 | | 4 | 12 | 129 | Nasos stansiyası | ədəd | 6 | 6 | 2 | 13 | 5 | | 5 | 4 | 41 | Yüksək gərginlikli iri və kiçik transformatorlar | ədəd | 41 | 87 | 164 | 115 | 98 | | 11 | 5 | 521 | Elektrik yarımstansiyaları | ədəd | 1 | 5 | 5 | 3 | 4 | | 1 | 2 | 21 | Yollar | km | 66,0 | 136,0 | 132,0 | 150,8 | 108,239 | | 17,0 | 3,2 | 613,252 | Su xətti | km | 63,0 | 100,0 | 131,0 | 111,7 | 149,793 | | 24,0 | 9,4 | 588,883 | Elektrik xətləri | km | 141,0 | 213,0 | 212,0 | 227,7 | 302,080 | | 20,0 | 9,4 | 1125,168 | Qaz xətti | km | | | | | 113,887 | | 27,0 | 4,4 | 145,29 | Kanalizasiya | km | | | | | 2,034 | | 25,0 | 2,8 | 29,818 | İrriqasiya sistemi | ha | 1630 | 3888 | 250 | 4105 | 500 | | 80 | | 10453 | * Tikilməkdə olan Müəssisələr Müdiriyyəti tərəfindən 320 yarımçıq qalmış evin tikilib tamamlanması (Fərman № 562) və Naxçıvan MR ərazisində 100 evin tikintisi (Fərman № 132) daxil olmaqla.
Azərbaycan Respublikası Prezidentinin 22.08.01 tarixli 562 nömrəli Fərmanı üzrə | Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində | 364 ev | İsmayıllı rayonunda | 45 ev | Şəmkir rayonunda | 126 ev | Yevlax rayonunda | 65 ev | Mehdiabad qəsəbəsi ərazisində | 108 ev | Ramanı qəsəbəsi ərazisində | 160 ev | Naxçıvan MR ərazisində | 53 ev, 48 mənzilli bina | Sumqayıt şəhərində | 1 ev, 14 mənzilli bina | Bakı şəhərində | 3 ev | Gədəbəy rayonunda | 1 ev | Oğuz rayonunda | 3 ev | Şəki rayonunda | 2 ev | Ağstafa rayonunda | 17 ev | Bu rayonlarda və qəsəbələrdə evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni obyektlər də (su təchizatı, elektrik təchizatı, qaz, irriqasiya, yollar, abadlaşdırma işləri, drenaj sistemi, 3 məktəb, 3 feldşer-mama məntəqəsi, 1 inzibati bina) tikilmişdir. | Azərbaycan Respublikası Prezidentinin 01.10.04 tarixli 132 nömrəli Fərmanı üzrə (Naxçıvan MR ərazisində) - 100 ev |
Azərbaycan Respublikası Prezidentinin 07.09.01 tarixli 577 nömrəli Fərmanı üzrə | Ağdam rayonu ərazisində - 4 qəsəbədə 500 ev tikilmişdir. | Quzanlı qəsəbəsində | 100 ev | Xındırıstan qəsəbəsində | 100 ev | Erqi qəsəbəsində | 150 ev | Ayaq-Qərvənd qəsəbəsində | 150 ev | Füzuli rayonu ərazisində 4 qəsəbədə 800 ev tikilmişdir. | Bu rayonların ərazisində evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni obyektlərdə (su təchizatı, elektrik təchizatı, irriqasiya, yollar, abadlaşdırma işləri, 6 məktəb, 6 uşaq bağçası, 8 hamam, 6 feldşer-mama məntəqəsi, 4 icma mərkəzi, 4 poçt şöbəsi, 4 inzibati bina, 1 yanğın postu) tikilmişdir. |
Azərbaycan Respublikası Prezidentinin 13.05.02 tarixli 700 №-li Fərmanı üzrə | Füzuli rayonunun Haramı ərazisində 1221 ev tikilmişdir - 3 qəsəbə Bu rayonun ərazisində evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni obyektlər də (su təchizatı, elektrik təchizatı, irriqasiya, yollar, abadlaşdırma işləri, 3 məktəb, 6 uşaq bağçası, 1 xəstəxana, 2 feldşer-mama məntəqəsi, 1 poçt şöbəsi, 3 hamam, 3 inzibati bina, 1 yanğın postu) tikilmişdir. | Biləsuvar rayonu ərazisində 2560 ev tikilmişdir - 6 qəsəbə Bu rayonun ərazisində evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni obyektlər də (su təchizatı,elektrik təchizatı, irriqasiya, yollar, abadlaşdırma işləri, 6 məktəb, 6 uşaq bağçası, 1 xəstəxana, 5 feldşer-mama məntəqəsi, 6 icma mərkəzi, 6 poçt şöbəsi, 6 hamam, 6 inzibati bina, 2 yanğın postu) tikilmişdir. | Azərbaycan Respublikası Prezidentinin 04.02.04 tarixli 80 nömrəli Sərəncamı üzrə | Ağdam rayonunun 12 qəsəbəsində: | Dördyol-1 və Dördyol-2 | 1321 ev, 4 məktəb, 1 musiqi məktəbi, 2 uşaq bağçası, 2 inzibati bina, 1 poçt şöbəsi, 1 xəstəxana, 1 tibb məntəqəsi, 2 hamam, 2 icma mərkəzi,1 baytarlıq məntəqəsi | Təzəkənd | 340 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 inzibati bina, 1 tibb məntəqəsi, 1 hamam, 1 icma mərkəzi | İmamqulubəyli | 165 ev, 1 məktəb, 1 inzibati bina, 1 hamam, 1 icma mərkəzi | Quzanlı-1 | 165 ev, 1 məktəb, 1 musiqi məktəbi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 feldşer-mama məntəqəsi, 1 hamam, 1 icma mərkəzi, 1 baytarlıq məntəqəsi, 1 yanğın postu | Qasımbəyli | 165 ev, 1 məktəb, 1 inzibati bina, 1 hamam, 1 icma mərkəzi | Bənövşələr və Bənövşələr-1 | 460 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 feldşer-mama məntəqəsi, 1 hamam, 1 icma mərkəzi | Baharlı | 836 ev, 2 məktəb, 1 musiqi məktəbi, 1 uşaq bağçası, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 kənd həkim ambulatoriya, 1 hamam, 1 icma mərkəzi, 1 baytarlıq məntəqəsi | Alıbəyli-1 və Alıbəyli-2 | 214 ev, 2 məktəb, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 feldşer-mama məntəqəsi, 1 tibb məntəqəsi, 2 hamam | Səfərli | 157 ev, 1 məktəb, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 tibb məntəqəsi, 1 hamam | Ağcabədi rayonu ərazisində - 1 qəsəbə | 37 ev, 1 məktəb, 1 poçt şöbəsi, 1 feldşer- mama məntəqəsi, 1 hamam | Bu qəsəbələrdə evlərin və sosial-mədəni obyektlərin tikintisi ilə bərabər infrastruktur obyektləri də (su təchizatı, elektrik təchizatı, irriqasiya, yollar, abadlaşdırma işləri) tikilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28.12.05 tarixli 346 nömrəli, 28.12.06 tarixli 505 nömrəli, 26.12.07 tarixli 687 nömrəli Fərmanlarına uyğun olaraq | Bakı şəhəri ərazisində: | Pirşağı qəsəbəsi ərazisində | 40 ev | Ramanı qəsəbəsi ərazisində 1 qəsəbə | 450 ev, 1 icma mərkəzi, 1 musiqi məktəbi, 1 ədəd 360 şagirdlik məktəb, 1 ambulatoriya, 1 inzibati bina, 1 rabitə qovşağı, yollar, qaz, kanalizasiya, drenaj, su və elektrik təchizatı sistemləri tikilmişdir. | Azərbaycan Respublikası Prezidentinin 01.07.04 tarixli 298 nömrəli Sərəncamı üzrə | Sabirabad rayonunda 1 qəsəbə | 161 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 FMM, 1 icma mərkəzi, 1 inzibati bina, 1 hamam, 1 poçt şöbəsi və infrastruktur obyektləri (su, elektrik, irriqasiya, yollar, abadlaşdırma) | Ağdam rayonunda 1 qəsəbə | 35 ev və infrastruktur obyektləri (su, elektrik, yollar, abadlaşdırma) | Biləsuvar rayonunda 5 qəsəbə | 1858 ev, 5 uşaq bağçası, 5 icma mərkəzi, 5 inzibati bina, 5 poçt şöbəsi, 1 baytarlıq məntəqəsi, 1 yanğın postu və infrastruktur obyektləri (su, elektrik, irriqasiya, yollar, abadlaşdırma) | Füzuli rayonunda 5 qəsəbə | 2104 ev, 5 məktəb, 5 uşaq bağçası, 5 icma mərkəzi, 5 inzibati bina, 5 poçt şöbəsi, 4 ambulatoriya, 1 xəstəxana, 1 yanğınsöndürmə deposu və infrastruktur obyektləri (su, elektrik, irriqasiya, yollar, abadlaşdırma) | Ağcabədi rayonunda 1 qəsəbə | 21 ev, 1 məktəb, 1 FMM, 1 hamam, 1 baytarlıq məntəqəsi və infrastruktur obyektləri (su, elektrik, irriqasiya, yollar, abadlaşdırma) | AR Prezidentinin 31.10.07 tarixli 2475 nömrəli Sərəncamının 1.1, 1.2, 1.4 və 1.5 bəndləri üzrə | Beyləqan rayonu ərazisində 1 qəsəbə | 500 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 xəstəxana, 1 baytarlıq məntəqəsi, 1 yanğınsöndürmə deposu və infrastruktur obyektləri (su, elektrik, irriqasiya, yollar, abadlaşdırma) | Goranboy rayonu ərazisində 4 qəsəbə | 500 ev, 4 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 4 inzibati bina, 1 poçt şöbəsi, 1 FMM, 1 baytarlıq məntəqəsi, 1 yanğınsöndürmə deposu və infrastruktur obyektləri (su, elektrik, yollar, abadlaşdırma) | Goranboy rayonu ərazisində 1 qəsəbə | 596 ev,1 məktəb,1 yanğınsöndürmə deposu, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 ambulatoriya və infrastruktur obyektləri (su, daxili elektrik təchizatı, qaz təchizatı, yollar) tikilmişdir | Ağdam rayonu ərazisində 1 qəsəbə | 689 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina və infrastruktur obyektləri (su, daxili elektrik təchizatı, qaz təchizatı, yollar) tikilib istifadəyə verilmişdir. | Yevlax şəhəri ərazisində məhəllə | 5 mərtəbəli, 60 mənzilli 9 bina və 75 mənzilli 1 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina, infrastruktur obyektləri(su, daxili elektrik təchizatı, qaz təchizatı, yollar) tikilib istifadəyə verilmişdir. | Ağcabədi rayonu ərazisində 1 qəsəbədə | 552 ev,1 məktəb, 1 yanğınsöndürmə deposu, 1 uşaq bağçası, 1 inzibati bina, 1 icma mərkəzi, 1 ambulatoriya və infrastruktur obyektləri (su, daxili elektrik təchizatı, xarici elektrik təchizatı) tikilib istifadəyə verilmişdir. | Ağcabədi rayonu ərazisində məhəllə | 5 mərtəbəli, 60 mənzilli 4 bina və su təchizatı şəbəkəsi tikilib istifadəyə verilmişdir. | Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.07 tarixli 303s №-li Sərəncamı üzrə | Fatmayı bələdiyyəsi ərazisində | 15 evdən ibarət məhəllə, yollar, qaz, kanalizasiya, su və elektrik təchizatı sistemləri tikilmişdir. | Göygöl rayonu ərazisində | 26 evdən ibarət məhəllə, yollar, su və elektrik təchizatı sistemləri tikilmişdir. | Bakı şəhərində 2 № -li ETK ərazisində salınmış məhəllədə | 364 mənzildən ibarət 6 ədəd 9 mərtəbəli yaşayış evləri, 1 ədəd məktəb, infrastruktur obyektləri (yollar, qaz, kanalizasiya, su və elektrik təchizatı sistemləri, abadlaşdırma) istifadəyə verilmişdir. | Abşeron rayonu Ramanı qəsəbəsi ərazisində | 5 mərtəbəli, 70 mənzilli yaşayış binası, infrastruktur obyektlər (yollar, qaz, kanalizasiya, drenaj, su və elektrik təchizatı sistemləri, abadlaşdırma) ilə birlikdə istifadəyə verilmişdir. | Qəbələ rayonu ərazisində | 155 mənzildən ibarət 2 ədəd 5 mərtəbəli yaşayış binaları, 1 ədəd məktəb, infrastruktur obyektlər (yollar, qaz, kanalizasiya, su və sahədaxili elektrik təchizatı sistemləri, abadlaşdırma) ilə birlikdə istifadəyə verilmişdir. | AR Prezidentinin 21.02.2011 tarixli 1346 nömrəli Sərəncamının 1.2 bəndi üzrə | Goranboy şəhəri ərazisində məhəllə | 5 mərtəbəli 60 mənzilli 5 bina və 1 musiqi məktəbi tikilib istifadəyə verilmişdir. |
|