Follow us
      AZ  |  EN  |  Home page         

 

 
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması

(01.04.2012-ci il tarixinə)
 

"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir. 


"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin idarə edilməsi və sifarişçisi funksiyalarının icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin (ARNK) 24 fevral 2006-cı il tarixli 42s saylı Sərəncamına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (AMST ASC) tapşırılmışdır. Layihənin idarə edilməsini təmin etmək məqsədilə  ARNK-nın 23 dekabr 2005-ci il tarixli 411s saylı Sərəncamına əsasən işçi qrup yaradılmışdır.

"Samur-Abşeron kanalı sistemi üzrə Uzunmüddətli Strategiya və Texniki-İqtisadi Əsaslandırma" 2004-cü ildə Yaponiyanın "Nippon Koei" və yerli "Sulako" şirkətləri tərəfindən hazırlanmışdır.

 

01 aprel 2012-ci il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə dair müqavilələr üzrə ümumilikdə 716,3 milyon manat, o cümlədən 2012-ci yanvar-mart ayları ərzində 20,8 milyon manat vəsait istifadə olunmuşdur.

 

"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin tikintisi ümumilikdə AMST ASC-nin sifarişi əsasında aşağıdakı işlər çərçivəsində həyata keçirilməkdədir:

 

1."Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birgə tikintisi" obyekti.

 

1.1. Texniki və tender sənədlərinin hazırlanması. Layihənin texniki və tender sənədlərinin hazırlanması  işləri üçün müvafiq satınalma prosedurlarına uyğun olaraq "Təməlsu" şirkəti ilə 18 oktyabr 2005-ci il tarixində 0,4 milyon manat məbləğində müqavilə imzalanmış və bunun 0,3 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına, 0,1 milyon manatı isə Dövlət Neft Fondunun vəsaiti hesabına ödənilmişdir.

1.2. Kompensasiyaların ödənilməsi. Bu obyektin tikintisi ilə bağlı torpaq sahələrinin ayrılmasına, mülkiyyətçilərə dəyən ziyana və itkilərə görə kompensasiyaların ödənilməsi üçün 2,4 milyon manat vəsait istifadə olunmuşdur.

1.3. Yanaşma yollarının tikintisi. Layihə çərçivəsində hazırlıq işləri üzrə yanaşma yollarının tikintisi üçün tender keçirilmiş və müvafiq satınalma prosedurlarına uyğun olaraq "Azərkörpü" ASC ilə 12 yanvar 2006-cı il tarixində 2,8 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə ümumilikdə 0,5 milyon manat vəsait istifadə olunmuşdur.
 
1.4. Tikinti zolağına düşən ərazidə məskunlaşmış əhalinin köçürülməsi. Şabran (Dəvəçi) rayonunun Güləmli qəsəbəsində tikinti ərazisinə düşən ərazidə məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülməsi üçün 70 evin tikintisi üzrə müvafiq satınalma prosedurlarına uyğun olaraq "Azəri-Servis" LTD şirkəti ilə 12 yanvar 2006-cı il tarixində 1,6 milyon manat məbləğində müqavilə imzalanmış və bu vəsaitin 0,1 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına, 1,5 milyon manatı isə Dövlət Neft Fondunun vəsaiti hesabına ödənilmişdir.
 
1.5. Tikinti zolağına düşən neft və qaz kəmərinin köçürülməsi. Tikinti ərazisinə düşən neft və qaz kəmərlərinin köçürülməsi işləri üzrə müvafiq satınalma prosedurları çərçivəsində "Xəzərdənizneftqaz" şirkəti ilə 2006-cı ildə ümumilikdə 20,0 milyon manat məbləğində iki müqavilə imzalanmışdır. Bu müqavilələr üzrə vəsait tam olaraq istifadə olunmuşdur.
 
1.6. "Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisi" obyekti. Bu obyekt üzrə işlərin satınalınmasına dair 8 sentyabr 2006-cı il tarixində  açıq tender keçirilib və "Azərkörpü" (lider), "Azərenerjitikintiquraşdırma", "Azərsutikinti" Səhmdar Cəmiyyətlərinin və "Təməlsu" (Türkiyə) şirkətinin daxil olduğu Konsorsium tenderin qalibi müəyyən edilmiş və 6 oktyabr 2006-cı il tarixində bu konsorsiumun lideri olan "Azərkörpü" SC ilə 365,9 milyon manat məbləğində müqavilə bağlanmışdır. Bu müqavilə üzrə ümumilikdə 314,4 milyon manat istifadə olunmuş, 2012-ci ilin yanvar-mart ayları ərzində bu layihə üzrə ödəniş olunmamışdır.
 
2. "Taxtakörpü-Ceyranbatan kanalının tikintisi" obyekti.
 
2.1. Texniki və tender sənədlərinin hazırlanması. Layihə-smeta və tikinti üçün tender sənədlərinin hazırlanması işləri üzrə  22 may 2006-cı il tarixində açıq tender keçirilmiş və "Texnomost"-"İrriqator" birliyi tenderin qalibi müəyyən edilmişdir. Bu işlərin müqavilə dəyəri 1,7 milyon manat müəyyən edilmiş və müqavilə üzrə vəsait tam olaraq istifadə olunmuşdur.
 
2.2. Kompensasiyaların ödənilməsi. Bu obyektin tikintisi ilə bağlı torpaq sahələrinin ayrılmasına, mülkiyyətçilərə dəyən ziyana və itkilərə görə kompensasiyaların ödənilməsi üçün 2,8 milyon manat vəsait istifadə olunmuşdur.
 

2.3. "Taxtakörpü-Ceyranbatan kanalının tikintisi" obyekti. "Taxtakörpü-Ceyranbatan kanalının tikintisi" obyekti üzrə işlərin satınalınmasına dair 24 dekabr 2007-ci il tarixində tender keçirilib və "Azərkörpü" (lider), "Çengiz İnşaat Sanayi və Ticarət A.Ş." və "Azərsutikinti" ASC-nin daxil olduğu Konsorsium tenderin qalibi müəyyən edilmiş və 27 dekabr 2007-ci il tarixində bu konsorsiumun lideri olan "Azərkörpü" SC ilə 260,0 milyon manat məbləğində müqavilə imzalanmış, 20.10.2011 tarixli 2 №-li əlavənin edilməsi nəticəsində müqavilə qiyməti 118,2 milyon manat məbləğində artaraq 378,2 milyon manat məbləğində müəyyən olunmuşdur. Müqavilə üzrə ümumilikdə 274,7 milyon manat, o cümlədən 2012-ci ilin yanvar-mart ayları ərzində 89,9 milyon manat məbləğində vəsait istifadə olunmuşdur.

3."Vəlvələçay-Taxtakörpü kanalının tikintisi" obyekti. 2009-cu ilin IV rübündən etibarən Vəlvələçay-Taxtakörpü kanalının bir hissəsinin  tikintisinin də Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsinə başlanılmışdır. Qeyd olunmalıdır ki, 18 iyun 2007-ci il tarixində müvafiq prosedura uyğun keçirilmiş tenderdə müqavilənin dəyəri ƏDV istisna olmaqla 125,1 milyon ABŞ dolları məbləğində qəbul edilmişdir. Bu obyektin tikintisinin bir hissəsi Azərbaycan Respublikası hökuməti ilə İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf və OPEC Beynəlxalq İnkişaf Fondları arasında 42,6 milyon ABŞ dolları məbləğində imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Bundan başqa, 21 dekabr 2007-ci il tarixli müqaviləyə edilmiş 28 sentyabr 2009-cu il tarixli Əlavəyə əsasən "Vəlvələçay-Taxtakörpü kanalının tikintisi"nin Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək işlərinin həcmi ƏDV daxil olmaqla 100,1 milyon ABŞ dolları məbləğində müəyyən edilmiş, 20.10.2011 tarixli 3 №-li əlavənin edilməsi nəticəsində müqavilə qiyməti 57,2 milyon ABŞ dolları məbləğində artaraq 157,3 milyon ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Dövlət Neft Fondu tərəfindən bu obyektin tikintisinə 96,1 milyon manat, o cümlədən 2012-ci ilin yanvar-mart ayları ərzində 7,7 milyon manat məbləğində vəsait ayrılmışdır.

4.Layihənin İşçi Qrupunun saxlanılmasıBu günə layihəni idarə edən işçi qrupunun saxlanılması üçün ümumilikdə 2,1 milyon manat, o cümlədən 2012-ci ilin yanvar-mart ayları ərzində 0,2 milyon manat məbləğində vəsait ayrılmışdır.