ARDNF - Azərbaycan Respublikası Dövlət Neft Fondu

Sayt üzrə axtarış

English
Ana səhifə
Saytın xəritəsi
Fond haqqında
Fəaliyyət
Hüquqi sənədlər
Hesabatlar və statistika
Mətbuat guşəsi

Ana səhifə >> Digər sənədlər >> Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamənin 5.5-ci bəndinə uyğun olaraq qərara alıram:
 
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
 
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri 

Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini 

Vahid Axundov - Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri 

Elman Rüstəmov - Azərbaycan Respublikasının Milli Bankının İdarə heyətinin sədri 

Mahmud Kərimov - Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti
 
2. "Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 2177 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
 
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, "27" noyabr 2008-ci il

№ 73



Çap üçün versiya