ARDNF - Azərbaycan Respublikası Dövlət Neft Fondu

Sayt üzrə axtarış

English
Ana səhifə
Saytın xəritəsi
Fond haqqında
Fəaliyyət
Hüquqi sənədlər
Hesabatlar və statistika
Mətbuat guşəsi

Ana səhifə >> Digər sənədlər >> Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı


 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 noyabr tarixli 224 nömrəli sərəncamının 1-ci bəndi ilə yaradılmış Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffafliq Təşəbbüsü üzrə Komissiyanın aşağıdakı yeni tərkibi təstiq edilsin:

Komissiyanın sədri

 

Mövsümov Şahmar Arif oğlu - Dövlət Neft Fondunun icraçı direktoru

 

Komissiyanın üzvləri:

 

İbrahimov Rafael Tofiq oğlu - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri

 

Səlimov Rauf Ağaməmməd oğlu - Dövlət Statistika Komitəsinin Sənaye, nəqliyyat və rabitə statistikası şöbəsinin müdiri

 

Fətizadə Zaur İntiqam oğlu - Vergilər Nazirliyinin İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi

 

Nəsirov Elşad Mustafa oğlu - Dövlət Neft Şirkətinin Sərmayələr və marketinq üzrə vitse-prezidenti

 

Qasımov Nizami Yunis oğlu - İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət və proqnozlaşdirma departamentinin fiksal və monetar siyasəti sektorunun müdiri

 

Hacikərimov Qazi İbadulla oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi

 

Xəlilov Firdovsi Ələsgər oğlu - Maliyyə Nazirliyinin Milli Iqtisadiyyatın maliyyəsi şöbəsinin yanacaq-energetika kompleksinin maliyyəsi sektorunun müdiri

 

Muradov Feyzulla Məzahir oğlu - Sənaye və Energetika Nazirliyinin İnvestisiya siyasəti və sənaye müəssisələrinin yenidən qurulmasi şöbəsinin regional inkişaf sektorunun müdiri

 

Şıxəliyev Əşrəf Fərhad oğlu - Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin rəisi

 

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

A. Rəsi-zadə, Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 30 noyabr 2006 il № 363.

 


Çap üçün versiya