Follow us
      AZ  |  EN  |  Home page         

 

 
qanun_2005-4_AZ.pdfAzərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu (03/12/2004)

 

Maddə 1. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin gəlirləri 9422000,0 milyon manat, xərcləri 10001000,0 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 8537179,7 milyon manat, yerli gəlirləri 884820,3 milyon manat və mərkəzləşdirilmiş xərclər 7506224,0 milyon manat, yerli xərclər 2494776,0 milyon manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulur:

(milyon manat)
Gəlirlərin mənbələri Dövlət büdcəsinin gəlirləri
Fiziki şəxslərin gəlir vergisi 1 206 000
Hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa) 1 495 000
Əlavə dəyər vergisi 2 754 000 o cümlədən:
- Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara əlavə dəyər vergisi 1 024
000
Aksizlər 655 000 o cümlədən:
- Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara aksizlər 50 000
Hüquqi şəxslərin əmlak vergisi 200 000
Hüquqi şəxslərin torpaq vergisi 75 000
Yol vergisi 51 000 o cümlədən:
xarici avtonəqliyyat vasitələri sahiblərindən alınan yol vergisi 6000
Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) 490 000
Sadələşdirilmiş vergi 106 000
Gömrük rüsumları 370 000
Dövlət rüsumu 130 000
Vergi olmayan sair gəlirlər 550 000
Dövlət əmlakının və torpaqların icarəyə verilməsindən daxilolmalar 12 000 Avropa Birliyinin Azərbaycan Respublikasına verdiyi qrant 50 000 Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 17 387
Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər 26 580
Azərbaycan Respublikasının dövlət zəmanəti ilə Beynəlxalq Bankdan alınmış kreditlər üzrə daxilolmalar 3 958
Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər 25 000
Milli Bankın mənfəətindən daxilolmalar 30 000
Dövlət Neft Fondundan daxilolmalar 750 000
Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 969
Təkrar borc sazişləri üzrə daxilolmalar 52 106
Aksiz markalarının satışından daxilolmalar 6 000
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 366 000

Maddə 3. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) respublikadaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 25 faiz həcmində ödəniş müəyyən edilir.

Maddə 4. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:

Bakı şəhəri üzrə gəlirlər 90,98 faiz
Aşağıdakı mənbələr üzrə daxilolmalardan 100,0 faiz
Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara əlavə dəyər vergisi (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa)
Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara aksizlər (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa)
Gömrük rüsumları (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa)
Xarici avtonəqliyyat vasitələri sahiblərindən alınan yol vergisi (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa)
Dövlət əmlakının və torpaqların icarəyə verilməsindən daxilolmalar
Xaricdən alınan cari və əsaslı ödənişlər
Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar
Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər
Azərbaycan Respublikasının dövlət zəmanəti ilə Beynəlxalq Bankdan alınmış kreditlər üzrə daxilolmalar
Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər
Milli Bankın mənfəətindən daxilolmalar
Dövlət Neft Fondundan daxilolmalar
Aksiz markalarının satışından daxilolmalar
Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar
Təkrar borc sazişləri üzrə daxilolmalar
Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları
 
Maddə 5. Naxçıvan Muxtar Respublikasının, digər şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:
 
- Mərkəzləşdirilmiş gəlirlərə aid edilənlərdən və yerli xərclərdən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmalarından başqa Bakı şəhəri üzrə gəlirlərin 9,02 faizi, Naxçıvan Muxtar Respublikası, digər şəhər və rayonlar üzrə gəlirlərin 100 faizi.
 
Maddə 6. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir.

Göstəricilər Məbləğ (min manat)

1. Ümumi dövlət xidmətləri xərcləri 903 186 577

o cümlədən:
 
qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 662993 536
beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 39929 211
elm xərcləri 147385 344
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 52878 486
 
2. Müdafiə xərcləri 1 206114 310

3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanılması xərcləri 1 074 990 402 o cümlədən:
 
Azərbaycan Respublikası məhkəmə hakimiyyəti orqanlarının saxlanılması xərcləri 60 497 735
Azərbaycan Respublikası prokurorluq orqanlarının saxlanılması xərcləri 69 139 660
Azərbaycan Respublikası hüquq-mühafizə, təhlükəsizlik orqanlarının saxlanılması xərcləri 936 050 793
məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizliyin təmin edilməsi üzrə digər kateqoriyalara aid edilməyən fəaliyyətlə bağlı xərclər 9 302 214
 
4. Təhsil xərcləri 1782215 317

5. Səhiyyə xərcləri 577 837 881

6. Sosial müdafiə və sosial təminat xərcləri 1 498 933 985 o cümlədən:
sosial müdafiə xərcləri 1 072 000 000
sosial təminat xərcləri 426 933 985


7. Mədəniyyət, incəsənət, kütləvi informasiya, bədən tərbiyəsi və din sahəsində fəaliyyətin xərcləri 250 468 533 o cümlədən:
mədəniyyət və incəsənət sahəsində xərclər 229 210 887
bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin xərcləri 21 257 646
 
8. Mənzil-kommunal təsərrüfatı xərcləri 176 546 792

9. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 490 513 694
o cümlədən:
 
kənd təsərrüfatı xərcləri 350 671 398
meşə təsərrüfatı xərcləri 19 220 721
balıqçılıq sahəsinin xərcləri 1 798 176
digər kateqoriyalara aid edilməyən fəaliyyət və xidmətlərin xərcləri 118 823 399
 
10. Sənaye və tikinti xərcləri 665 924 303 o cümlədən:
sənaye xərcləri 15 074 960
tikinti xərcləri 650 849 343 ondan:
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 650 000 000 o cümlədən:
     istehsal və infrastruktur yönümlü layihələr 380 519 000
     sosial yönümlü layihələr 205777 000
     institusional yönümlü layihələr 6 157 000
    ərazilərin bərpası, yenidənqurulması və fövqəladə halların aradan qaldırılması üzrə layihələr 32 547 000
Naxçıvan Muxtar Respublikası üzrə əsaslı tikinti layihələri 25 000 000


11. Nəqliyyat və rabitə xərcləri 477 518 600

12. İqtisadi fəaliyyətlə bağlı digər xərclər 227 810 820 o cümlədən:
təchizat, ticarət, ictimai iaşə üzrə xərclər 287 420
turizm xərcləri 3 500 000
çoxsahəli inkişaf layihələri üzrə xərclər 224 023 400

13. Əsas bölmələrə aid edilməyən xərclər 514 982 933 o cümlədən:
əsas bölmələrə aid edilməyən sair xərclər 399 982 933 ondan:
dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 366000 000
ehtiyat fondunun xərcləri 105000 000
yerli büdcələrə verilən dotasiya 10000 000

14. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 153 955 853

Maddə 7. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

Maddə 8. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 60300,0 milyon manat, xərcləri 345728,1 milyon manat olmaqla, gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsindən ayrılan dotasiya 285428,1 milyon manat məbləğində təsdiq edilsin.
 
Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirləri 5276,4 milyon manat, xərcləri 5276,4 milyon manat müəyyən edilsin.

Maddə 9. Azərbaycan Respublikasının digər şəhər və rayonlarının yerli gəlirləri 804840,5 milyon manat, yerli xərcləri 2129368,2 milyon manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 1324527,7 milyon manat təsdiq edilsin.

Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirləri 14403,4 milyon manat, xərcləri 14403,4 milyon manat təsdiq edilsin.

(min manat)

Şəhər və Gəlirlər Xərclər Yerli gəlir rayonların adı və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait
Şəhərlər:

1. Bakı 572 931 548 572 931 548
2. Əli Bayramlı 5 182 000 19 847 617 14 665 617

3. Yevlax 4 229 000 27 570 501 23 341 501
4. Gəncə 29 000 000 81 219 154 52 219 154
5. Lənkəran 8 462 000 41 047 184 32 585 184
6. Mingəçevir 6 810 000 34 058 802 27 248 802
7. Naftalan 586 000 4 338 812 3 752 812
8. Sumqayıt 24 456 000 86 011 502 61 555 502
9. Xankəndi
10. Şəki 6 081 000 44 264 120 38 183 120

Rayonlar:

11. Abşeron 10 031 000 21 700 341 11 669 341
12. Ağdam 1 170 000 45 614 484 44 444 484
13. Ağdaş 2 556 000 23 110 962 20 554 962
14. Ağstafa 2 401 000 19 126 790 16 725 790
15. Ağsu 1 733 000 16 252 281 14 519 281
16. Ağcabədi 3 682 000 27 991 040 24 309 040
17. Astara 2 675 000 20 214 410 17 539 410
18. Balakən 2 492 000 18 762 583 16 270 583
19. Beyləqan 3 000 000 20 470 290 17 470 290
20. Bərdə 5 191 000 33 249 323 28 058 323
21. Biləsuvar 2 573 000 18520 504 15 947 504
22. Qazax 2 873 000 23 712 089 20 839 089
23. Qax 2 462 000 17 350 308 14 888 308
24. Qəbələ 3 218 000 21 076 471 17 858 471
25. Qobustan 1 060 000 10 645 116 9 585 116
26. Quba 5 623 000 32 451 937 26 828 937
27. Qubadlı 568 000 13 293 754 12 725 754
28. Qusar 2 862 000 22 747 671 19 885 671
29. Daşkəsən 1 305 000 14 885 550 13 580 550
30. Dəvəçi 2 097 000 12 729 964 10 632 964
31. Zaqatala 5 103 000 28 608 662 23 505 662
32. Zəngilan 261 000 10 671 153 10 410 153
33. Zərdab 1 626 000 13 855 908 12 229 908
34. İmişli 3 471 000 23 740 970 20 269 970
35. İsmayıllı 2 681 000 20 409 570 17 728 570
36. Yardımlı 1 000 000 15 839 264 14 839 264
37. Kəlbəcər 378 000 26 202 731 25 824 731
38. Kürdəmir 2 896 000 20 877 740 17 981 740
39. Gədəbəy 1 640 000 29 889 668 28 249 668
40. Goranboy 3 450 000 27 374 151 23 924 151
41. Göyçay 3 710 000 26 454 737 22 744 737
42. Laçın 464 000 28 338 764 27 874 764
43. Lerik 1 167 000 18 839 450 17 672 450
44. Masallı 5 607 000 33 335 355 27 728 355
45. Neftçala 3 052 000 18 508 054 15 456 054
46. Oğuz 1 319 000 12 739 052 11 420 052
47. Saatlı 3 127 000 21 910 102 18 783 102
48. Sabirabad 5 005 000 30 065 595 25 060 595
49. Salyan 4 765 000 26 897 783 22 132 783
50. Samux 1 552 000 14 239 508 12 687 508
51. Siyəzən 1 936 000 9 705 522 7 769 522
52. Tərtər 1 758 000 18 180 182 16 422 182
53. Tovuz 3 881 000 39 395 740 35 514 740
54. Ucar 2 280 000 18 392 771 16 112 771
55. Füzuli 1 303 000 35 036 397 33 733 397
56. Xanlar 3 104 000 16 542 100 13 438 100
57. Xaçmaz 5 302 000 33 767 791 28 465 791
58. Xocavənd 204 000 7 484 579 7 280 579
59. Xocalı 93 000 4 430 185 4 337 185
60. Xızı 672 000 7 824 912 7 152 912
61. Hacıqabul 2 100 000 14 095 308 11 995 308
62. Cəbrayıl 284 000 17 594 269 17 310 269
63. Cəlilabad 3 942 000 40 073 943 36 131 943
64. Şamaxı 3 127 000 23 067 043 19 940 043
65. Şəmkir 4 780 000 40 415 803 35 635 803
66. Şuşa 491 000 9 368 327 8 877 327

Cəmi: 804 840 548 2 129 368 197 1 324 527 649

Maddə 10. Yerli büdcələrə veriləcək dotasiyanın məbləği 10000,0 milyon manat təsdiq edilsin.

Maddə 11. Dövlət büdcəsindən veriləcək büdcə ssudasının həcmi 30000,0 milyon manat təsdiq edilsin.

Maddə 12. Azərbaycan Respublikasının 2005-ci ildə dövlət daxili və xarici borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər aşağıdakı kimi təsdiq edilsin.

mln. manat

Daxili dövlət borcu üzrə ödənişlər 52 400 o cümlədən:
faizlər üzrə ödənişlər 40 388
əsas borc üzrə ödənişlər 12 012
Xarici dövlət borcu üzrə ödənişlər 101 556 o cümlədən:
faizlər üzrə ödənişlər 49 050
əsas borc üzrə ödənişlər 52 506
 
Maddə 13. Nəzərdə tutulmayan xərclər üçün yaradılmış ehtiyat fondunun məbləği 105000,0 milyon manat təsdiq edilsin.

Maddə 14. 2005-ci ildə investisiya layihələri üçün dövlət zəmanəti ilə alınan xarici kreditlər üzrə nəzərdə tutulan xərclərin həcmi 632231,7 milyon manat təsdiq edilsin.

Maddə 15. Azərbaycan Respublikasının 2005-ci ildə daxili dövlət borclanma limitinin yuxarı həddi 100000,0 milyon manat, xarici dövlət borclanma limitinin yuxarı həddi 1970000,0 milyon manat təsdiq edilsin.

Maddə 16. Büdcə daxilolmalarının vəziyyətindən asılı olmayaraq əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, dərman və ərzaq alınması xərc maddələri müdafiə olunmuş xərc maddələridir.
 
Maddə 17. Əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, dərman və ərzaq alınması xərc maddələri ilk növbədə, sonra isə gəlirlərin daxil olmasından asılı olaraq və kəsirin müəyyən olunmuş həddi nəzərə alınmaqla digər xərc maddələri üzrə nəzərdə tutulmuş vəsaitlər maliyyələşdirilir.

Maddə 18. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 579000,0 milyon manat məbləğində təsdiq edilsin və maliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına təmin edilsin:
 
(milyard manatla)

1. Daxili mənbələr 480,6 o cümlədən:
özəlləşdirmədən daxilolmalar 90,0
qısamüddətli dövlət istiqraz vərəqələrinin satışından daxilolmalar 85,0
dövlət
daxili uduşlu istiqraz vərəqələrinin satışından daxilolmalar 5,6
2005-ci ilin yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında olan sərbəst qalığı 300,0

2. Xarici mənbələr 98,4
 
Maddə 19. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan Azərbaycan Respublikasının 2005-ci il icmal büdcəsinin kəsiri 1636000,0 milyon manat məbləğdə müəyyən edilsin.
 
Maddə 20. Azərbaycan Respublikasının 2005-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 12858182,2 milyon manat müəyyən edilsin.
 
Maddə 21. Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər mərkəzləşdirilmiş xərclərdən Dövlət Sosial Müdafiə Fonduna yönəldilən transfertin məbləği artırılmaqla köçürülür.
 
Maddə 22. Enerji sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektora ediləcək dolayı subsidiyanın limiti 1470000,0 milyon manat müəyyən olunmaqla icmal büdcənin həm gəlir, həm də xərc hissəsinə daxil edilib ayrıca sətirlə əks etdirilir. Dövlət budcəsi hesabına enerji sektoruna dolayı subsidiyanın limitindən asılı olmayaraq bu sektora dolayı subsidiyanın həcmi 2005-ci il 01 yanvaradək fəaliyyət üzrə dövlət büdcəsinə hesablanmış vergi borclarının ödənilməyən hissəsi qədər əvəzləşdirilir.

Maddə 23. İxrac olunan neftin satış qiyməti büdcə hesablamaları üçün nəzərdə tutulduğundan yüksək olduqda, qiymət fərqi hesabına dövlət büdcəsinə daxil olmuş əlavə vəsait xəzinədarlığın hesabında ayrıca saxlanılır və həmin vəsaitdən yalnız neftin satış qiyməti büdcə hesablamaları üçün nəzərdə tutulmuş səviyyədən aşağı olduqda istifadə olunur.
 
Maddə 24. Bu Qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 3 dekabr 2004-cü il.