|
"Neft fondu şəffaflıq tərəfdarıdır"
28.01.2008 Bu günlərdə Azərbaycan Dövlət Neft Fondu 2007-ci ildəki fəaliyyəti və 2008-ci ildə maliyyələşdirəcəyi layihələrlə bağlı ictimaiyyət qarşısında hesabatla çıxış edib.
Həmin məlumatlara görə, 2007-ci ildə ildə Azərbaycan Dövlət Neft Fondundan 1 milyard 61, 2 milyon manat pul xərclənib.
Bəs görəsən bu vəsait hansı layihələrə xərclənəcək və onların reallaşdırılması üzərində hər hansı nəzarət mexanizmi varmı?
- Bu ildən başlayaraq Azərbaycan Dövlət Neft Fondu gənclərin xaricdə təhsil alması ilə bağlı yeni layihəyə başlayır.
Bütövlükdə 2008-ci ildə Azərbaycan Dövlət Neft Fondunun gəlirlərı 3 milyard 609 milyon manat, xərcləri isə 1 milyard 680 milyon manat təşkil edəcək.
Bu vəsaitdən qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırıması üçün 145 milyon, dövlət büdcəsinə transfer 1 milyard 100 milyon manat, Oğuz Qəbələdən Bakıya su çəkilməsinə 211,82 milyon manat, Samur-Abşeron irriqasiya sisteminin yenidən qurulmasına isə 120, 6 milyon manat , Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə 88,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
- Sadaladığım hər bir layihəninözünün icra agentliyi var və bu hər hansı dövlət qurumu olur.
Biz hər bir layihənin ilkin mərhələdə qiymətləndirilməsi ilə bağlı tövsiyyələr verir və sonrakı proseslərə nəzarət edirik.
Hər hansı kontraktın imzalanması "Dövlət satınalmalrı barədə" qanununa əsasən həyata keçirilir və Dövlət satınalmaları agentliyi tərəfindən də nəzarətdə saxlanılır.
Sadəcə sənədləşmə ilə bağlı icraçıları nizam-intizama çağırırıq və tələblərimiz 100% yerinə yetiriləndə vəsait ayrılır.
Bəzən qeyri hökumət təşkilatları onlara adı çəkilən layihələrin icrası ilə bağlı kifayət qədər məlumatın verilməməsindən gileylənir. Bu nə dərəcədə həqiqətə uyğundur?
Onlar bilavasitə icra ilə məşğul olan peşəkar təşkilatlardır və ola bilsin ki, onlarda informasiyanın verilməsi , internetdə yerləşdirilməsi iləbağlı kifayət qədər təçrübə yoxdur.
|








