Follow us
      AZ  |  EN  |  Home page         

 

 
Xaricdə təhsil üzrə Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2007-cı il 16 aprel tarixli 2090 nömrəli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamının 2-ci bəndinə uyğun olaraq qeyd olunan Dövlət Proqramının Dövlət Neft Fondunun vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi müəyyən edilmişdir. 

Proqramın icrası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Proqramın icrasına nəzarət Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyaya həvalə edilmişdir.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2008-ci il tarixli 128 nömrəli Qərarı ilə "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları" təsdiq edilmişdir.
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 2012-ci il 3 aprel tarixli 23 nömrəli Sərəncamı ilə Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı təsdiq edilmişdir. 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 7s nömrəli, 24 avqust 2009-cu il tarixli 218s nömrəli, 22 iyun 2010-cu il tarixli 176s nömrəli və 20 sentyabr 2010-cu il tarixli 282s nömrəli sərəncamları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli 204s nömrəli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı»na əlavələr edilmişdir.