ARDNF - Azərbaycan Respublikası Dövlət Neft Fondu

Sayt üzrə axtarış

English
Ana səhifə
Saytın xəritəsi
Fond haqqında
Fəaliyyət
Hüquqi sənədlər
Hesabatlar və statistika
Mətbuat guşəsi
Ana səhifə >> Vakansiya

Neft Fonduna işə qəbul

Neft Fonduna işə qəbul ilk əvvəl Fondun rəsmi veb saytında vakant iş yerləri üçün müsabiqə elanının yerləşdirilməsi ilə həyata keçirilir. Bundan sonra Fonda öz CV-lərini göndərmiş şəxslərlə onların şəxsi keyfiyyətlərinin müəyyən edilməsi üçün şifahi müsahibə aparılır. Həmin şəxslərin peşəkarlıq səviyyəsini müəyyənləşdirmək üçün xüsusi yazılı test üsulundan istifadə edilir.
Neft Fondunda vakansiya mövcud olduqda müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

• Şəxsiyyət vəsiqəsinin surəti;
• Azərbaycan və ingilis dillərində aşağıdakı formada tərtib edilmiş CV;
• Tərcümeyi-hal;
• Ali təhsil haqqında sənədin surəti;
• 4x6 sm ölçüdə 2 ədəd fotoşəkil.

Sənədlər hər iş günü saat 14.00-dan 17.00-dək Dövlət Neft Fondunun inzibati binasında qəbul olunur. Sənədlər üstündə «VAKANSİYA» sözü yazılmış bağlı zərfdə təqdim olunmalıdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 24, Dalğa Biznes Mərkəzi
Əlaqə telefonu: 498 63 41

CV-nizi elektron poçt ünvanına da göndərə bilərsiniz. Bunun üçün:

1. anket formasını yükləyin və doldurun
2. bu linkə daxil olun.


Mövcud olan vakansiyalar:


Büdcə proqnozlaşdırma və layihələr departamentinin iqtisadçısı


 
 

Daxili auditor



 

İnvestisiya departamentinin dileri


 
 

İnformasiya Təhlükəsizliyi şöbəsinin mütəxəssisi