İnformasiya Təhlükəsizliyi şöbəsinin mütəxəssisi
Vəzifənin adı: İnformasiya Təhlükəsizliyi şöbəsinin mütəxəssisi
Öhdəliklər:
- Müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş təhlükəsizlik monitorinqinin aparılması, müəyyən şərtlərə cavab verən hadisələr haqqında dərhal İnformasiya Texnologiyaları şöbəsinin məlumatlandırılması;
- Daxil olan SPAM-lar, serverlərə qeyri-qanuni qoşulma cəhdləri və s. üzrə məlumatların xüsusi jurnallarda müntəzəm qeydiyyatının aparılması, mənşəyinin araşdırılması və prosedurlara uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsi;
- Rəsmi İnternet səhifəsinin, İnternet bağlantılarının və elektron poçt sisteminin İnformasiya təhlükəsizliyinə müntəzəm nəzarət;
- İnformasiya təhlükəsizliyi üzrə əsas keyfiyyət göstəricilərinin (Key Performance Indicators) statistikasının toplanması və müəyyən edilmiş müxtəlif auditlərin aparılması;
- İnformasiya Təhlükəsizliyi siyasətində müəyyən edilmiş öhdəliklərin icrasını həyata keçirmək;
- ISO/IEC 27001 və ya daha müasir İnformasiya Təhlükəsizliyi standartı üzrə təcrübə toplamaq.
Tələblər:
- İnformasiya Texnologiyaları, Sistem Proqramlaşdırma və ya İqtisadi kibernetika üzrə ali təhsilli olmalı;
- Ən azı 2 il bu sahədə və ya İnternet Provayder şirkətində iş təcrübəsi olmalı;
- Azərbaycan dili mükəmməl, ingilis və rus dili ən azı orta səviyyədə olmalı;
- OSİ modeli, İP ünvanlar, əməliyyat sistemləri, kompüterin texniki hissələri, informasiya təhlükəsizliyi və Microsoft Office proqramları uzrə əsaslı bilikləri olmalı;
- Öz biliklərini davamlı təkmilləşdirməli, sahəsi üzrə yenilikləri izləməli, punktual və səliqəli olmalı;
- CCNA və MCP sertifikatlı mütəxəssislərin bilik səviyyəsi yoxlanılacaq və seçimdə onlara üstünlük veriləcəkdir.
Çap üçün versiya
|