ARDNF - Azərbaycan Respublikası Dövlət Neft Fondu

Sayt üzrə axtarış

English
Ana səhifə
Saytın xəritəsi
Fond haqqında
Fəaliyyət
Hüquqi sənədlər
Hesabatlar və statistika
Mətbuat guşəsi
Ana səhifə >> Terminlər

Terminlər


“Hasilatin pay bölgüsü” sazisi (HPB) hazırda bazar iqtisadiyyatının yenicə formalaşdığı ölkələrdə daha geniş yayılmış müqavilə münasibətləri formasıdır. O, ilk dəfə ötən əsrin 60-cı illərində (1966-cı ildə) İndoneziyada tətbiq edilib, sonradan Misirdə, Suriyada və başqa ölkələrdə geniş yayılıb. HPB müqaviləsinin şərtləri adətən ölkənin milli qanunvericiliyində (əksər hallarda Hasilatın Pay Bölgüsü haqqında qanunda) müəyyən edilir. HPB müqavilələrində dövlətə, müəyyən vergi və qeyri-vergi ödənişləri ilə yanaşı, hasil olunan neftin (daha doğrusu, “mənfəət neftinin”) bir hissəsi də məhsul formasında çatır.
Mənfəət nefti Hasilatın Pay bölgüsü sazişlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən xam neft
Bonuslar Hasilatın Pay Bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ödənilən mükafatlar
Akrhesabı ödənişlər Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ödənilən vəsaitlər
İcarə haqqı xarici şirkətlərlə bağlanmış sazişlər (HPS) çərçivəsində dövlət əmlakından istifadə üçün ödənilən haqqlar
Tranzit haqqı neftin Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə ötürülməsi üçün ödənişlər
Sərmayəçilər tərəfindən verilən aktivlər neft-qaz ehtiyatlarının kəşviyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondlar, daşınan əmlak və digər aktivlər.
Mədən vergisi ölkə qanunvericiliyində nəzərdə tutulmuş vergi növlərindən biridir və Azərbaycan Respublikasının ərazisindəki və Xəzər dənizinin (gölünün) şelfindəki faydalı qazıntıların çıxarılmasına görə tutulur. Bu vergini yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr ödəyirlər.