ARDNF - Azərbaycan Respublikası Dövlət Neft Fondu

Sayt üzrə axtarış

English
Ana səhifə
Saytın xəritəsi
Fond haqqında
Fəaliyyət
Hüquqi sənədlər
Hesabatlar və statistika
Mətbuat guşəsi
Ana səhifə >> Beynəlxalq münasibətlər


Dövlət Neft Fondunun Beynəlxalq Əlaqələri

 

Dövlət Neft Fondunun beynəlxalq əlaqələr sahəsində fəaliyyət istiqaməti ildən ilə genişlənir. Fond dünyanın bir çox maliyyə qurumları, bankları və beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir.

 

Neft Fondunun beynəlxalq münasibətlərinin inkişaf istiqamətləri aşağıdakı kimidir:

 

      -   Beynəlxalq maliyyə təşkilatları ilə münasibətlərin genişləndirilməsi istiqamətində əməkdaşlıq

      -   Təcrübənin tətbiqi, təhsil və mübadilə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq

      -   İşgüzar münasibətlərin və əlaqələrin qurulması, mövcud əməkdaşlığın genişləndirilməsi

 

Dövlət Neft Fondunun valyuta aktivlərinin həcminin durmadan artması şəraitində Fondun maliyyə fəaliyyəti, o cümlədən strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsində rolu artdıqca beynəlxalq maliyyə təşkilatlarının Neft Fonduna diqqəti və marağı daha da artır. Beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının ekspertləri Neft  Fonduna mütəmadi səfərlər edir, Neft Fondunun valyuta ehtiyatlarının artımı dinamikası, ölkənin maliyyə sisteminin inkişaf etdirilməsi və makroiqtisadi tənzimləmə siyasətində Dövlət Neft Fondunun yeri və mövqeyi, habelə müasir iqtisadi tənzimləmə və maliyyə mexanizmlərinin tətbiqi imkanları, Fondun investisiya siyasəti barədə fikir mübadilələri aparılır.

 

Qabaqcıl təcrübənin tətbiqi, təhsil və mübadilə üzrə əməkdaşlıq Neft Fondunun beynəlxalq münasibətlərinin inkişafında xüsusi yer tutur. Neft Fondu yaradılandan etibarən Fodun normativ-qanunvericilik bazasının təkmilləşdirilməsi, neft gəlirlərinin makroiqtisadi dinamikaya təsirinin qiymətləndirilməsi metodikasının tətbiqi üzrə beynəlxalq təcrübə daim öyrənilir və bu sahədə qabaqcıl yeni müasir iqtisadi mexanizmlərin tətbiqi mühüm önəm daşıyır.

 

Dövlət Neft Fondunun fəaliyyəti, xüsusilə Azərbaycanda həyata keçirilən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün nəticələri beynəlxalq miqyasda tanınmış qeyri-hökumət təşkilatlarının daim maraq dairəsində olduğu üçün bu təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində də iş aparılmış, bir çox beynəlxalq miqyasda tanınmış qeyri-hökumət təşkilatları ilə mütəmadi görüşlər keçirilir, onları maraqlandıran məsələlər ətrafında fikir mübadilələri aparılır.