ARDNF - Azərbaycan Respublikası Dövlət Neft Fondu

Sayt üzrə axtarış

English
Ana səhifə
Saytın xəritəsi
Fond haqqında
Fəaliyyət
Hüquqi sənədlər
Hesabatlar və statistika
Mətbuat guşəsi

Ana səhifə >> Xəbərlər >> Neft Fondunun loqosu hazırlanmışdır

Neft Fondunun loqosu hazırlanmışdır

Logo_medium [AZ] Azərbaycan Respublikası Dövlət Neft Fondunun loqosu hazırlanmışdır. Loqoda Neft Fondunun fəaliyyətinin tərkib hissəsi olan Azərbaycanın sərvətlərinin gələcək nəsillər üçün saxlanmasını özündə simvolizə edən əlində qiymətli obyekt tutan insan təsvir edilmişdir.

 

İnsanın əlləri iki "buta" şəklində təsvir edilmişdir ki, bu da milli çalarları əks etdirir.

 

Əllərin arasındakı məsafə bir növ özündə "hər şeyi görən gözü" simvolizə edir. Baxışlar qurulmasında Neft Fondunun fəal iştirak etdiyi ölkənin və xalqın böyük gələcəyinə yönəlmişdir.

 

Eyni zamanda bu baxış təsvir edilmiş fiqurun öz daxilinə yönəlmişdir. Əllərin arasındakı kürə insanın ürəyini təsvir edir ki, bu da Neft Fondunun şəffaf fəaliyyətinin simvoludur.



Çap üçün versiya