|
Ümumi məlumat
Neft Fondu yarandığı gündən etibarən dünyanın bir çox beynəlxalq iqtisadi təşkilatları, maliyyə qurumları, bankları ilə sıx əməkdaşlıq edir. Dünya təşkilatlarının əksəriyyətinin strateji iqtisadi partnyor kimi qəbul etdiyi Neft Fondu aşağıdakı istiqamətlər üzrə beynəlxalq münasibətlərini qurur və inkişaf etdirir:
Dinamik iqtisadi inkişaf göstəricilərinə malik Neft Fonduna dünyanın bir çox beynəlxalq qurumlarının diqqəti və marağı daha da artır. Beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının ekspertləri Neft Fonduna mütəmadi səfərlər edir, Fondun valyuta ehtiyatlarının artımı dinamikası, ölkənin maliyyə sisteminin inkişaf etdirilməsi və makroiqtisadi tənzimləmə siyasətində Neft Fondunun yeri və mövqeyi, habelə müasir iqtisadi tənzimləmə və maliyyə mexanizmlərinin tətbiqi imkanları, Fondun investisiya siyasəti barədə fikir mübadilələri aparılır. Qabaqcıl təcrübənin tətbiqi, təhsil və mübadilə üzrə əməkdaşlıq Neft Fondunun beynəlxalq münasibətlərinin inkişafında xüsusi yer tutur. Neft Fondu yaradılandan etibarən Fondun normativ-qanunvericilik bazasının təkmilləşdirilməsi, neft gəlirlərinin makroiqtisadi dinamikaya təsirinin qiymətləndirilməsi metodikasının tətbiqi üzrə beynəlxalq təcrübə daim öyrənilir və bu sahədə qabaqcıl yeni müasir iqtisadi mexanizmlərin tətbiqi mühüm önəm daşıyır. Dövlət Neft Fondunun fəaliyyəti, xüsusilə Azərbaycanda həyata keçirilən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün nəticələri beynəlxalq miqyasda tanınmış qeyri-hökumət təşkilatlarının daim maraq dairəsində olduğu üçün bu təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində də iş aparılmış, bir çox beynəlxalq miqyasda tanınmış qeyri-hökumət təşkilatları ilə mütəmadi görüşlər keçirilir, onları maraqlandıran məsələlər ətrafında fikir mübadilələri aparılır. |









.png)