Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Nərgiz Nəsrullayeva-Müdüroğlu – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri

Doğulduğu tarix: 20.10.1979 

Təhsili:
 
1995-1997-ci illərdə Xəzər Universitetinin Hüquq və Sosial Elmlər fakültəsində təhsil alıb.
 
1997-2000-ci illərdə Qərb Universitetinin İqtisadiyyatın qanuni tənzimlənməsi fakültəsində təhsil alıb.
 
2015-2016-cı illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbinin, dövlət idarəçiliyi üzrə magistrı.
 
İş təcrübəsi:
 
1997-2001-ci illərdə HSBC Bank Middle East, Bakı filialında Korporativ Müştərilər üzrə bank xidmətləri və Müştəri Xidmətləri şöbələrində mütəxəssis vəzifəsində çalışıb.
 
2001-2004-cü illərdə “Regus Business Centre Trading” Ltd-nin Bakı filialında Biznes Mərkəzinin Meneceri vəzifəsində işləyib.
 
2004-2015-ci illərdə Azərbaycandakı Amerika Ticarət Palatasında (AmCham Azerbaijan) İcraçı Direktor vəzifəsində işləyib.
 
2016- 2017-ci illərdə Landmark İş Mərkəzinin Biznes Əməliyyatlar üzrə Direktor vəzifəsində işləyib.
 
2017-ci il 6 iyul tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.
 
Xarici dillər:   İngilis, rus, türk dillərini bilir.
 
Ailə vəziyyəti:   Ailəlidir, üç övladı var.