Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Natiq Əmirov - AR Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri

1967-ci ildə anadan olub
 
Təhsili:

1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir.

İş təcrübəsi:

1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı

1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların Vergiyə Cəlb Edilməsi Şöbəsində böyük dövlət vergi müfəttişi

1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) Vergiyə Cəlb Edilməsi və sair Gəlirlər Şöbəsində dövlət vergi müfəttişi

1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət Şöbəsinin rəisi

1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini

2000-2001-ci illərdə Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini

2001-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini

2003-2005-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi

2005-2009-cu illərdə Azərbaycan Respublikası Vergilər nazirinin müavini

2009-2016-cı illərdə isə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini

25 yanvar 2016-cı il 30 may 2017-ci il - Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi

30 may 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri təyin edilmişdir.
 
Ailəlidir, 3 övladı var.