Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Novruz Məmmədov-Azərbaycan Respublikasının baş naziri

1947-ci ildə anadan olmuşdur.

Təhsili:
 

1970-ci il - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1991-ci il - dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

İş  təcrübəsi:
 

1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləmişdir.

1992-1993-cü illər - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir.

1995-1997-ci illər - Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olmuş və dəfələrlə dövlət başçısını Fransaya, Avropa Şurasına səfərlərdə müşayiət etmişdir.

Aprel 1997-ci il - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilmişdir.

Yanvar 2002-ci il - Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilmişdir.

Noyabr 2012-ci il - Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilmişdir. Birinci dərəcəli dövlət müşaviridir.

May 2017-ci il - Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilmişdir.

21 aprel 2018-ci il - Azərbaycan Respublikası Prezidentinin 8 nömrəli Sərəcamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.

 

1998-ci il - Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Prezident Jak Şirak tərəfindən Fransanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.

2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.

Mart 2007-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

2009-cu il - Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.

13 mart 2017-ci il - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf' ordeni ilə təltif edilmişdir.

27 iyun 2018-ci il - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ARDNF-nin Müşahidə Şurasının üzvü təyin edilmişdir.

Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı və nəvələri var.