Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri

1952-ci ildə anadan olmuşdur
 
Təhsili:
 
1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1975 - 1978-ci illər aspirantura
 
1986-cı ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır
 
1990 - 1992-ci illər Moskva şəhərində doktorantura
 
1993-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır
 

İş təcrübəsi:
 
1980 - 1990-cı illər Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri

1991 - 1992-ci illər Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi

1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini
 
1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir

2000-ci ilin aprelində ikinci 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir
 
2005-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir

2010-cu ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilmişdir. Dünya Bankının Azərbaycan üzrə sədridir
 
Evlidir, 3 övladı var