Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

1961-ci ildə anadan olub
 
Təhsili:

1983-cü ildə  Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib
 
İş  təcrübəsi:
 
1983 - 1991-ci illərdə   SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası), iqtisadçı  

1991 - 1995-ci  illərdə  Azərbaycan Respublikasının  Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini

1995 - 2001-ci illərdə Azərbaycan Respublikası  Milli Bankında, Departament Direktoru, Baş Direktor 

2001 - 2006-cı illərdə  Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru

2003 - 2006-cı  illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri
 
2006-cı il aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri 

Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası   üzrə təmsilçi direktor 
 
Evlidir, üç övladı var