Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Valeh Ələsgərov - Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

1946-cı ildə anadan olub
 
Təhsili:
 
Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir
 
İş  təcrübəsi:

1970-ci ildən  “Permneft” birliyi “Kunqurneft” NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis
 
1982-ci ildən “Permneft” Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri
 
1985-ci ildən “Muradxanlı” NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini
 
1987-ci ildən “Azərneft” Birliyində baş mühəndis, baş direktorun müavini
 

1992-ci ildən “Azərneft” Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri

1995-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır

2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən üçüncü çağırış AR Milli Məclisinin deputatı seçilmişdir

2005-ci il dekabrın 2-dən Parlament sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri vəzifəsində çalışmışdır

2010-cu il noyabrın 7-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən dördüncü çağırış AR Milli Məclisinin deputatı seçilmişdir.

2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış AR Milli Məclisinin deputatı seçilmişdir.

2015-ci il noyabrın 24-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.

Hazırda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir

Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.

Azərbaycan – Rusiya ikitərəfli parlamentlərarası komissiyasının həmsədridir

Ailə vəziyyəti:


Evlidir, 4 övladı var