|
Ümumi məlumat
Neft Fondu Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır. Neft Fondunun fəaliyyətinə ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının başlıca vəzifəsi:
rəy verməkdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il 73 nömrəli Sərəncamı ilə Müşahidə Şurasının dövlət orqanları və ictimai təşkilatların nümayəndələrinin 7 nəfərdən ibarət tərkibi təsdiq edilmişdir. Neft Fonduna Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən İcraçı Direktor rəhbərlik edir. Neft Fondunun İcraçı Direktoruna:
səlahiyyətləri verilmişdir. İcraçı Direktor Neft Fondunun illik büdcəsini, Fondun vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir. Neft Fondunun büdcəsinin icrası Müşahidə Şurası tərəfindən verilmiş rəy əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş Neft Fondunun büdcəsinə, o cümlədən vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramına) və illik xərclər smetasına uyğun olaraq həyata keçirilir. Neft Fondunun valyuta vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalara» uyğun olaraq həyata keçirilir.
|








