Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Loqo

Azərbaycan Respublikası Dövlət Neft Fondunun loqosu 2009-cu ildə hazırlanmışdır və 25 noyabr 2009-cu il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (“AzPatent”) tərəfindən 2009 1441 nömrəli şəhadətnamə ilə qeydiyyata alınmışdır.

 

Loqonun ümumi görünüşündə Fondun fəaliyyətinin tərkib hissəsi olan, Azərbaycanın sərvətlərinin gələcək nəsillər üçün saxlanmasını özündə simvolizə edən, əlləri arasında çox əziz və qiymətli nəyisə himayə edən insan fiquru təsvir edilmişdir.


Fiqurun əlləri loqoya bənzərsiz milli kolorit verən iki buta şəklində təsvir edilmişdir.
 
 
 
 
 
 
 
 
 
 
Fiqurun əlləri arasındakı sahə ölkənin ümumilikdə gələcəyinə, həmçinin Fondun ölkə və xalqın firavan gələcəyə qurulması sahəsində fəaliyyətinə yönəlmiş baxışın göz şəklində rəmzidir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Eyni zamanda bu baxış təsvir edilmiş fiqurun öz daxilinə yönəlmişdir. Əllərin arasındakı kürə insanın ürəyini təsvir edir ki, bu da Fondun şəffaf fəaliyyətinin simvoludur.