Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Mükafatlar

  • BMT-nin Dövlət Qulluğu Mükafatı
  • 2009-cu il MHŞT mükafatı
 
Yarandığı gündən etibarən həyata keçirdiyi şəffaf fəaliyyəti nəticəsində Neft Fondu beynəlxalq birlikdə etibarlı partnyor və etibarlı tərəfdaş kimi yüksək nüfuz əldə etmiş və Fondun fəaliyyəti dünyanın bir çox nüfuzlu qurumları tərəfindən yüksək qiymətləndirilmişdir.
 

BMT-nin Dövlət Qulluğu Mükafatı
 
İyunun 26-29-da BMT-nin Vyanadakı qərargahında "Hökumətə inamın bərpası" mövzusunda 7-ci Qlobal Forumu keçirilmişdir. Forum çərçivəsində iyun ayının 26-da keçirilmiş 2007-ci il üçün BMT-nin Dövlət Qulluğu mükafatlarının təqdimetmə mərasimində "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə mükafat BMT baş katibinin müavini Asa-Roze Migiro tərəfindən Neft Fondunun icraçı direktoru Şahmar Mövsumova  təqdim edilmişdir.
 
Dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat hesab olunan “BMT-nin Dövlət Qulluğu Mükafatı” dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafına verdiyi töhfənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub. BMT Baş Assambleyasının 2003-cü il martın 7-də təsdiq etdiyi Qətnaməyə müvafiq olaraq hər il iyunun 23-ü BMT Dövlət Qulluğu Günü kimi qeyd olunur.
 
Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən birinci dövlət qurumudur
 



 
2009-cu il MHŞT mükafatı 

2003-cü ildə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulan Azərbaycan bu sahədə bir çox “ilk”ləri həyata keçirən ölkədir. 2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş MHŞT üzrə 4-cü beynəlxalq konfransda Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqlandığı və dərc edildiyi, Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu nəzərə alınaraq MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusu təsdiq edildi. Bununla da Azərbaycan MHŞT-ni tətbiq edən və namizəd statusu almış ölkələr arasında tamhüquqlu üzv satusunu almış ilk ölkə oldu. Kofransda Azərbaycana MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə “2009-cu il MHŞT mükafatı” təqdim edilmişdir.