Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Suveren Fondların Beynəlxalq Forumu

Suveren Sərvət Fondları - maliyyə ehtiyatlarını istiqrazlar, əmlak, qiymətli metallar və ya digər maliyyə alətləri təşkil edən, təbii sərvətlərdən əldə edilən gəlir hesabına formalaşan dövlət maliyyə fondlarıdır. Bu termin ilk dəfə 2005-ci ildə işlədilmişdir. 
 
2009-cu il aprelin 5-6-da Küveytin paytaxtı Əl-Küveyt şəhərində keçirilmiş Suveren Fondların Beynəlxalq İşçi Qrupunun iclasında Suveren Fondların Beynəlxalq Forumunun yaradılması haqqında qərar qəbul edilmişdir. Neft Fondu bu Beynəlxalq Forumun üzvüdür. 
 
Dövlət Neft Fondu Suveren Fondların Beynəlxalq Forumu (SFBF) vasitəsi ilə digər Suveren Fondlar (SF) ilə əməkdaşlığını davam etdirir. SF-nin könüllülük prinsipi əsasında yaradılmış qrupu olan SFBF-nin üzvləri onların ümumi maraqlarına uyğun olan məsələlərin müzakirəsi ilə əlaqədar mütəmadi olaraq görüşür və fikir mübadiləsi edir, habelə SF-nin fəaliyyəti və Santyaqo Prinsiplərinin (SP) anlaşılmasına yardım edir. SFBF-nin ilk görüşü 2009-cu ilin 8-9 oktyabr tarixlərində Azərbaycan hökuməti və Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir. SP-nin 24-cü prinsipinə uyğun olaraq, ARDNF SP-nin tətbiqi ilə bağlı ilk hesabatını 2011-ci ildə hazırlamışdır və onun illik əsasda nəzərdən keçirilməsi planlaşdırılır. Ən son hesabat aşağıdakı linkdən əldə oluna bilər: