Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Ümumi məlumat

Azərbaycan Respublikası Dövlət Neft Fondunun yeni inzibati binası
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2009-cu il tarixli, 367s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının tikilməsi məqsədilə Nizami rayonu 6-cı Köndələn küçəsi 2 ünvanında 0,64 hektar torpaq ərazisi Fondun balansına verilmişdir.

ARDNF-nin yeni inzibati binasının layihəsi Fransanın “Inter Art Etudes” şirkəti tərəfindən hazırlanmışdır. İkimərtəbəli yeraltı dayanacaqla birlikdə 26 mərtəbəli yeni inzibati binada 3 mərtəbəli Podium, icraçı direktorun ofisinin də yerləşdiyi mərtəbə daxil olmaqla 18 açıq tipli ofis mərtəbəsi, 3 texniki mərtəbə və bununla yanaşı kitabxana, muzey, 200 nəfərlik konfrans zalı, iclas otaqları, restoran və s. mövcuddur.

Muzey, kitabxana və Podium hissələrinə giriş yalnız dəvət edilmə yolu ilə mümkündür.

Fondun yeni inzibati binasının inşası xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malik Belçikanın Besix S.A. və yerli Az Besix şirkəti tərəfindən təsis olunmuş, Besix-Az Besix konsorsiumu tərəfindən həyata keçirilmişdir.

N.V. Besix S.A. şirkəti Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq, təkliflər sorğusu metodu ilə satınalma müsabiqəsinin nəticəsində qalib gəlmiş və 20 dekabr 2011-ci il tarixində  Dövlət Neft Fondu və Besix-Az Besix konsorsiumu arasında 84 916 000 Avro məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır. Baş podratçı tərəfindən binanın tikintisinə yerli və xarici sub-podratçı şirkətlər cəlb edilmişdir.

Binanın tikintisi layihəsinin idarə edilməsi müvafiq müqavilə əsasında Amerikanın “AECOM” Russia Limited şirkətinə həvalə edilmişdir.

Binanın həm dünya həm də yerli miqyasda ekoloji effektliliyinin müəyyənləşdirilməsi və eləcə də ətraf mühitə göstərə biləcəyi hər hansı mənfi təsirlərin vaxtında aradan qaldırılması və nəticədə Böyük Britaniyanın Tikinti Tədqiqatları və Ətraf Mühitin Qiymətləndirilməsi Metodologiyası İnstitutu (BREEAM)(www.breeam.com) tərəfindən binaya dünya miqyasında qəbul edilmiş müvafiq “BREEAM” sertifikatının verilməsi məqsədi ilə, binanın tikintisi layihəsinin idarə edilməsi üçün Fond tərəfindən müqavilə əsasında cəlb edilmiş AECOM Russia Limited şirkətinə bu məsələlərin hərtərəfli araşdırılması və qiymətləndirilməsi tapşırılmışdır.

AECOM Russia Limited şirkətinin nümayəndələri “BREEAM Assessment” üzrə ilkin araşdırmalar aparmış və yüksək reytinq dərəcəsi əldə etmək üçün lazım olan bütün tələblərin layihəyə daxil edilməsinə çalışmışlar. Hədəf kimi “BREEAM Assessment” qiymətləndirmə cədvəli üzrə Yaxşı (>45%) və ya Çox Yaxşı (>55%) dərəcələri əsas götürülmüşdür.

Binada ikiqat aktiv fasad növündən istifadə olunmuşdur. O, dayanıqlılıq və enerji sərfiyyatı tələblərinə uyğun olaraq layihələndirilmişdir ki, bu da müasir texnoloji sistemlərin, eləcə də intellektual texnoloji infrastruktur konsepsiyasının tətbiqində nəzərə alınır və eyni zamanda “Yaşıl Bina” (Green Building) kateqoriyasının tələblərinə cavab verir. Binanın daxili dizaynı isə A sinifli ofis bina standartlarına uyğun olaraq Azərbaycanın milli-mədəni irsi nəzərə alınmaqla tərtib edilmişdir.

Fondun yeni inzibati binası ilə bağlı texniki göstəricilər aşağıdakı kimidir: 

 

Müqavilə üzrə tikinti xərcləri (İT avadanlıqlar, mebel və bina ətrafı abadlaşdırma işləri istisna olmaqla) (Avro/m2)

2 313

ARDNF üçün ayrılmış ərazidə bina ətrafı abadlaşdırma işləri (Avro/m2)

51,14

Binanın ümumi sahəsi  (m2)

35 834

Tikinti üçün ayrılmış ərazi (hektar)

0,64

Ümumi mərtəbə ərazisi (m2)

27 571

İstifadəyə yararlı mərtəbə ərazisi (m2)

19 042

Parkinq ərazisi (m2)

6 357

Texniki ərazisi (m2)

2 176

Gözlənilən illik enerji sərfiyyatı (kVt/ m2)

116

Gözlənilən illik yanacaq sərfiyyatı (m3/ m2h)

9,2

Gözlənilən illik alternativ enerji sərfiyyatı (kVt/ m2)

0,77

Gözlənilən illik su sərfiyyatı (m3/adambaşına)

14,6

Mühəndislik xərcləri (Avro/m2)

393

İT xərcləri (Avro/m2)

230
 
Mərtəbələrdə yerləşən funksional ərazilər:
 
1-ci mərtəbə
Lobbi, Giriş, Petroleum Lounge
1 100 m2

Mezanin                  

Kitabxana
170 m2
2-ci mərtəbə
Auditorium
323 m2
2-ci mərtəbə
Muzey
207 m2
2-ci mərtəbə
Yeməkxana
382 m2
3-cü mərtəbə

Müşahidə Şurasının iclas zalı                                                  

160 m2
3-cü mərtəbə
Konfrans zalı
279 m2
3-cü mərtəbə
Müşahidə Şurasının yemək otağı
111 m2
3-cü mərtəbə
İstirahət otağı
110 m2
4-cü mərtəbə
Açıq ərazi
440 m2
5-12, 14-17-ci mərtəbələr
Ofis ərazisi
15 x 440 m2
21-ci mərtəbə
İcraçı direktorun ofisi
440 m2
22-ci mərtəbə
Panorama otağı
350 m2
 
Anbar                    
1 400 m2
 

Pilləkən qəfəsləri, lobbi və koridorlar

2 700 m2
 

Binanın tikinti işlərini aparan Besix-AZ Besix konsorsiumu Keyfiyyətə Nəzarət Planı hazırlayaraq həm şirkətin apardığı işlərin, həm də sub-podratçı şirkətlərin işlərinin beynəlxalq Keyfiyyətin İdarəolunması İSO 9001 və Ətraf mühit üzrə İSO 14001 standartlarına uyğun olaraq aparılmasını təmin etmişdir. Binanın tikintisi zamanı nəzarət, hesabatların hazırlanması, enerji istifadəsinə dair hədəflərin qoyulması, daşınmaların həyata keçirilməsi, hava və su kirliliyinin minimuma endirilməsi üzrə işlər də əhatə edilmişdir.

Binanın dizaynı və tikintisi zamanı dayanıqlılıq və enerjiyə qənaət üzrə tələblər nəzərə alınmış və tətbiq edilmişdir. Enerji qənaətini təmin etmək məqsədilə binada ikiqat fasad sistemindən istifadə olunmuşdur. Qatlar arasında boşluğun olması enerji istifadəsi effektivliyini daha da artırmaga imkan yaradır. Bu boşluqlarda avtomatlaşdırılmış və günəş sensoru ilə işləyən jalüzlər quraşdırılmışdır. Daxildə istifadə edilən isti su qazanxanaları üçün günəş panellərindən istifadə edilmişdir. Qazanxalarda ən yüksək effektivliklə işləyən sistemlər tətbiq edilmişdir.

Dizaynda həmçinin avtomobillər və velosipedlər üçün parkinq nəzərdə tutulmuşdur.

Binanın girişində olan informasiya panelləri vasitəsilə əməkdaşlara və işçilərə bina haqqında müxtəlif məlumatlar çatdırılır.

Tullantıların saxlanılması üçün xüsusi ceşidləmə əraziləri ayrılmışdır.

Yeraltı mərtəbələrdə həm ARDNF-nin əməkdaşları üçün, həm də binada xidmət göstərən digər şəxslər üçün nəzərdə tutulmuş paltar dəyişmə otaqları və saxlama kabinləri yerləşmişdir.

 BREEAM tələblərinə əsasən keçirilmiş testlər göstərmişdir ki, quraşdırılmış şüşə panellər sayəsində kifayət qədər günəş işığının binaya daxil olması təmin edilmişdir.
 
2016-cı ildə Dövlət Neft Fondunun inzibati binası tam hazır bina metodologiyası üzrə BREEAM qiymətləndirilməsindən keçmiş və Azərbaycanda bu metodologiya ilə Yaxşı dərəcəsi əldə etmiş ilk bina olmuşdur.