Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xarici menecerlər

Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsinin idarə edilməsi xarici menecerlərə həvalə edilə bilər. Cəlb edilən xarici menecer və ya onun  əsas təsisçisi aşağıdakı tələblərdən birinə cavab verməlidir:

1) Kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən (Standart ənd Purz və ya Fiç və ya Mudiz) aşağı olmamalı;

2) Aktivlərin idarə edilməsi sahəsində 5 ildən az olmayan müsbət təcrübəsi olmalı;

3) Dəyəri 1 mlrd. ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.

İnvestisiya portfelinin xarici menecerlərin idarə edilməsinə verilən vəsaitinin həcmi aşağıdakı kimi müəyyən edilmişdir. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.

Hal hazırda Fondun vəsaitlərinin bir hissəsini 3 xarici menecer idarə edir:

“Dünya Bankı”

Dünya Bankı Xəzinədarlığı RAMP proqramı çərçivəsində xarici valyuta ehtiyatlarının və başqa investisiya portfellərinin effektiv idarə edilməsi məqsədi ilə dövlət qurumlarına vəsaitlərin idarə edilməsi və məsləhətçi xidmətləri göstərir. Dünya Bankı Xəzinədarlığı dövlət qurumlarının institusional quruculuq və məsləhətçi xidmətləri sahəsində 20 il təcrübəyə malikdir və 40-a yaxın dövlət qurumunun 100 milyard ABŞ dollarından çox aktivlərini idarə edir. (bu barədə daha ətraflı məlumat üçün bax: www.treasury.worldbank.org)






 

“Deutsche Bank” 
 
“Deutsche Bank” 1870-ci ildə təsis olunmuşdur və artıq üç il ərzində Yaponiya, Çin və İngiltərədə nümayəndəliklər açmışdır. Bu gün “Deutsche Bank”-ın 100 min əməkdaşı və 72 ölkədə 24 milyon müştərisi vardır. “Deutsche Asset Management” bankın vəsaitlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən bölümüdür. 7 ölkədə 250-dən çox mutəxəssisin çalışdığı “Deutsche Asset Management”-in idarəetmədə olan aktivlərinin həcmi 200 milyard ABŞ dolları təşkil edir.  (bu barədə daha ətraflı məlumat üçün bax: www.dbadvisors.com)
 

Clariden Leu
 
“Clariden Leu” 250 il təcrübəyə malik olan İsveçrə bankıdır. 1755-ci ildə Zürixdə təsis olunmuşdur. “Clariden Leu” dünyanın bir sıra ölkəsində 15 nümayəndəliyi vasitəsi ilə geniş çeşidli və yüksək keyfiyyətli məsləhətçi və bank xidmətləri göstərir. (bu barədə daha ətraflı məlumat üçün bax: www.claridenleu.com)