|
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı
Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2011-ci ilin Yanvar-Mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 259,6 milyon manat, büdcə xərcləri isə 1 399,6 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində Neft Fondunun 2011-ci il büdcəsinin icrası çərçivəsində 1330,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 39,0 milyon manat və 2,3 milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 3,3 milyon manat vəsait ayrılmışdır. 2,2 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2011-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,7 milyon manat olmuşdur. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 423,4 milyon manat təşkil etmişdir. 2011-ci il aprelin 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə (22 766,8 milyon ABŞ dolları) nisbətən 13,3 % artaraq 25 796,9 milyon ABŞ dollarına bərabər olmuşdur.
|








