Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsi təsdiq edildi (28/12/2010)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2010-cu il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2011-ci il üçün büdcəsi təsdiq edildi. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2011-ci ildə Fondun gəlirləri 9 132 941,0 min manat, xərcləri  6 886 155,4 min manat təşkil etməsi nəzərdə tutulur. 
 
 
Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur: 

Gəlir mənbələri
Gəlirlərin məbləği
(min manat)
1.
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)
 
 
 
 
 
 
8 349564,1
2.
Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar
 
 
283 249,2
3.
Neft-qaz layihələrinin həyata keçirilməsi iləəlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)
 
148 024,4
4.
Karbohidrogen ehtiyatlarının işlənməsi iləəlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər
 
 
498,5
5.
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər
 
10 452,0
6.
Fondun valyuta aktivlərinin yerləşdirilməsi və idarə olunmasından əldə edilən gəlirlər
 
340 252,8
7.
Digər gəlirlər və daxilolmalar
900,0
 
Cəmi
9 132 941,0

 
 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir: 

Xərc istiqamətləri
Xərclərin məbləği
(min manat)
1.
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi
 
110 000,0
2.
Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə transfert
6 480 000,0
3.
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilmə layihəsinin maliyyələşdirilməsi
 
33 446,0
4.
Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi
 
110 000,0
5.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi
80 215,1
6.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi
 
15 000,0
7.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər
 
57 494,3
 
Cəmi
6 886 155,4

 
 
Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və büdcəsinin tərtibi və icrası Qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.