Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Dövlət Neft Fondunun 2012-ci il büdcəsinə dəyişikliklər edildi (09.02.2012)

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2012-ci il üçün büdcəsinə dəyişikliklər edildi.

Fərmana uyğun olaraq, Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqınların və məcburi köçkünlərin sosial-məişət məsələləri və məskunlaşması ilə bağlı həyata keçirilən tədbirlərin vaxtında icrasını təmin etmək məqsədilə, 2012-ci il üzrə Neft Fondunun büdcə  xərclərinin ümumi həcmi10 561 304,0 min manatdan 10 751 304,0 min manata qədər, qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 110 000,0 min manatdan 300 000.0 min manata qədər artırıldı.