Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Dövlət Neft Fondunun 2016-cı il büdcəsi təsdiq edildi (29.12.2015)

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2015-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2016-cı il üçün büdcəsi təsdiq edildi. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2016-cı ildə Fondun gəlirlərinin 6 711 564,1 min manat, xərclərinin isə 8 181 399,7 min manat təşkil etməsi nəzərdə tutulur. 

 

Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur: 

 
Sıra  
№-si
Gəlir mənbələri
Gəlirlərin məbləği
(min manat)
2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

6 094 053,0
2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı

2 100,0
2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

12 600,0
2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

602 790,1
2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayeçilər tərəfindən ödənilən bonuslar

21,0
  Cəmi
 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

 
Sıra
 №-si

         Xərc istiqamətləri

Xərclərin məbləği
(min manat)
3.1.

Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

90 000,0
3.2.

 Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert

6 000 000,0
3.3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70 000,0
3.4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

137 621,7
3.5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

36 558,0
3.6.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

1 822 800,0
3.7.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

24 420,0
  Cəmi 8 181 399,7
 

Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və büdcəsinin tərtibi və icrası Qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.