Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Dövlət Neft Fondunun 2007-ci il büdcəsinə dəyişikliklər edildi (28/06/2007)

Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2007-ci il üçün büdcəsinə dəyişikliklər edilmişdir.

Bu dəyişikliklərə uyğun olaraq, Dövlət Neft Fondunun 2007-ci il büdcəsinə "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsi ilə bağlı 50 000,0 min manat məbləğində və Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı ilə bağlı bəzi məsələlərin tənzimlənməsilə əlaqədar 88 500,0 min manat xərc maddəsi əlavə edilmiş, eləcə də xərclərin məbləğinin cəmi 977 066,9 min manatdan 1 115 566,9 min manata qədər artırılmışdır.