Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Dövlət Neft Fondunun 2006-cı il üçün büdcəsi təsdiq edildi (28/12/2005)

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2005-ci il 28 dekabr tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2006-cı il büdcəsini təsdiq etmişdir. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2006-cı ildə Fondun gəlirləri 807 842,6 min YM(yeni Azərbaycan manatı), xərcləri 954 287,7 min YM nəzərdə tutulur.

Dövlət Neft Fondunun 2006-ci il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:

N

Gəlir mənbələri

Gəlirlərin məbləği
(min manat)

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sıgorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

 

684 000,0

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

 

7 434,0

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

 

13 500,0

4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

 

67 500,0

5.

Digər gəlirlər və daxilolmalar

 

90,0

6.

Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

 

35 318,6

 

Cəmi

 

807 842,6


Dövlət Neft Fondunun 2006-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

N

Xərc istiqamətləri

Xərclərin məbləği
(min manat)

1.

Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

 

110 311,0

2.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər

 

38 000,0

3.

Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinə transfert

 

585 000,0

4.

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi

 

90 000,0

5.

Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsininmaliyyələşdirilməsi

37 000,0

6.

Dövlət Investisiya Şirkətinin nizamnamə kapitalinin formalaşdırılması

 

90 000,0

7.

Azərbaycan Respublikasi Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

 

3 976,7

 

Cəmi

 

954 287,7


Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və Büdcə Qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir