Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Dövlət Neft Fondunun 2010-cu il büdcəsinə dəyişikliklər edildi (22/07/2010)

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2010-cu il üçün büdcəsinə dəyişikliklər edildi.

Fərmana uyğun olaraq, cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını, eyni zamanda 2010-cu il üçün dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Dövlət Neft Fondunun büdcəsində dəyişikliklər edilməsi zərurətini nəzərə alaraq, Neft Fondunun 2010-cu il büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər ilə bağlı gəlir maddəsi 5 564 476,9 min manatdan 8 615 782,1 min manata qədər, Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından  əldə edilən  gəlirlər ilə bağlı gəlir maddəsi 241 936,0 min manatdan 250 002,7 min manata qədər artırıldı, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər ilə bağlı 9 640,8  min manat məbləğində gəlir maddəsi əlavə edildi, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert ilə bağlı xərc maddəsi 4 915 000,0 min manatdan 5 915 000,0 min manata qədər artırıldı və müvafiq olaraq Neft Fondunun 2010-cu il büdcəsinin gəlirlərinin ümumi həcmi 5 963 126,7 min manatdan 9 032 139,4 min manata qədər, xərcləri 5 428 431,2 min manatdan 6 428 431,2 min manata qədər artırıldı.