Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Dövlət Neft Fondunun 2010-cu il büdcəsinə dəyişikliklər edildi (30/09/2010)

Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2010-cu il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2010-cu il üçün büdcəsinə dəyişikliklər edildi.

Fərmana uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilən qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin və eyni zamanda, Samur-Abşeron suvarma sisteminin yenidənqurulması ilə bağlı layihələrin vaxtında icrasını təmin etmək məqsədilə, Fondun 2010-cu il üzrə büdcəsinin qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələlərinə dair bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 80 milyon manatdan 105 milyon manata qədər, Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 110 milyon manatdan 131 milyon manata qədər artırılmaqla, Bakı-Tbilisi-Qars yeni dəmir yolu  layihəsinin maliyyləşdirilməsi ilə bağlı xərc maddəsi 80 milyon manatdan 34 milyon manata qədər azaldıldı.