Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Dövlət Neft Fondunun 2009-cu il büdcəsinə dəyişikliklər edildi (07/10/2009)

Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2009-cu il üçün büdcəsinə dəyişikliklər edildi.

Fərmana uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilən qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin və eyni zamanda, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı layihələrin vaxtında icrasını təmin etmək məqsədi ilə, Fondun 2009-cu il üzrə büdcəsinin qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələlərinə dair bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 80 000,0 min manatdan 90 000,0 min manata qədər, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 100 000,0 min manatdan 120 000,0 manata qədər,  Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 110 000,0 min manatdan 130 000,0 min manata qədər artırılmaqla, Bakı-Tbilisi-Qars yeni dəmir yolu  layihəsinin maliyyləşdirilməsi ilə bağlı xərc maddəsi 80 000,0 min manatdan 30 000,0 min manata qədər azaldıldı.