Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Dövlət Neft Fondunun 2005-cü il üçün büdcəsi təsdiq edildi (01/03/2005)

Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyev 2005-ci il 1 mart tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2005-cü il büdcəsini təsdiq etmişdir. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2005-ci ildə Fondun gəlirləri 1078033,3 milyon manat, xərcləri 1072871,0 mln. manat nəzərdə tutulur.

 

Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

N Gəlir mənbələri Gəlirlərin məbləği
(milyon manat)
1 Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 849562,5
2 Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 43438,5
3 Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 73875,0
4 Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 110664,8
5 Digər gəlirlər və daxilolmalar 492,5
  Cəmi 1078033,3


Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

 

N Xərc istiqamətləri Xərclərin məbləği
(milyon manat)
1 Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 202000,0
2 Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər 105000,0
3 Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinə transfer 750000,0
4 Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 15871,0
  Cəmi 1072871,0


Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və Büdcə qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.