Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Dövlət Neft Fondunun 2004-cü il üçün büdcəsi təsdiq edildi

Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyev 2004-cü il 31 mart tarixli 45 nömrəli Fərmanı ilə Dövlət Neft Fondunun 2004-cü il büdcəsini təsdiq etmişdir. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq 2004-cü ildə Fondun gəlirləri 928 720,4 mln. manat, xərcləri 843 696,2 mln.manat nəzərdə tutulur.


Dövlət Neft Fondunun 2004-cü il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

N Gəlir mənbələri Gəlirlərin məbləği
(milyon manat)
1 Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 746 250,0
2 Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər 31 541,5
3 Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 75 520,5
4 Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, o cümlədən faiz gəlirləri, dividendlər, valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair 75 408,4
  Cəmi 928 720,4


Dövlət Neft Fondunun 2004-cü il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

 

N Xərc istiqamətləri Xərclərin məbləği
(milyon manat)
1 Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həllinə dair Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli, 2001-ci il 07 sentyabr tarixli 577 nömrəli, 2002-ci il 13 may tarixli 700 nömrəli Fərmanlarının və 2004-cü il 04 fevral tarixli 80 nömrəli Sərəncamının icrası ilə bağlı xərclər 90 000,0
2 Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər 89 000,0
3 Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinə transfert 650 000,0
4 Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 14 696,2
  Cəmi 843 696,2



Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və Büdcə qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.