Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Dövlət Neft Fondunun 2007-ci il büdcəsinə dəyişikliklər edildi (26/12/2007)

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2007-ci il üçün büdcəsinə dəyişikliklər edildi.

Fərmana uyğun olaraq, məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması işini sürətləndirmək və onların müvəqqəti məskunlaşdığı çadır düşərgələrinin tam ləğv edilməsini təmin etmək məqsədilə, Fondun  2007-ci il üzrə büdcəsinin qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma  məsələləri ilə əlaqədar bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 124 161,0 min manatdan 154 161,0 min manata qədər artırılmaqla, Bakı-Tbilisi-Qars yeni dəmir yolu  layihəsinin maliyyləşdirilməsi ilə bağlı xərc maddəsi 50 000,0 min manatdan 30 000,0 min manata qədər və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsi ilə bağlı  xərc maddəsi 183 620,0 min manatdan 173 620,0 min manata qədər azaldıldı.