Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Dövlət Neft Fondunun 2014-cü il büdcəsinə dəyişikliklər edildi (10.04.2014)

 Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 aprel tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2014-cü il üçün büdcəsinə dəyişikliklər edildi.

Fərmana uyğun olaraq, “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən Neft Fondunun 2014-cü il büdcəsinin xərclər maddəsində “TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi” ilə bağlı xərc maddəsi “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi” ilə əvəz edilmiş və qeyd edilən  maddə üzrə məbləğ 40 100,0 min manat müəyyən edilmişdir.
 
Müvafiq olaraq, Neft Fondunun büdcə xərclərinin ümumi həcmi 11 349 934,8 min manatdan 10 590 034,8 min manata qədər azaldılmışdır.

Bununla yanaşı, Fondun 2014-cü il üçün büdcəsi ilə birgə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətləri (proqramı)”nın “TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi” bəndi “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi” bəndi ilə əvəz edilmişdir.