Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondu işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (29.12.2009)

29 dekabr 1999-cu il tarixində Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır. Ötən 10 il ərzində Dövlət Neft Fondu beynəlxalq səviyyədə tanınmış quruma çevrilərək Azərbaycan dövlətinin strateji valyuta ehtiyatlarının səmərəli və şəffaf idarəedilməsini uğurla həyata keçirir. 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Bayramov Müşviq Binyət oğlu
Fərzəliyev İlham Rəfayıl oğlu
Həsənova Səbinə Ələskər qızı
Lütfəliyeva Sevinc Kamil qızı
Məmmədov Rauf Əhmədoviç
Mövsümov Şahmar Arif oğlu
Muinova Anjelika Nikolayevna


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2009-cu il.