Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (16.05.2007)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamənin 5.5-ci bəndinə uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri

Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini

Vahid Axundov - Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Elman Rüstəmov  - Azərbaycan Respublikasının Milli Bankının İdarə heyətinin sədri


Azər Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət daimi komissiyasının sədr müavini

Gündüz Məmmədov - Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri

Mahmud Kərimov - Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti


2. "Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli 855 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 16 may 2007-ci il.