Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (27.11.2008)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamənin 5.5-ci bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

 

Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri 

Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini 

Vahid Axundov - Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri 

Elman Rüstəmov - Azərbaycan Respublikasının Milli Bankının İdarə heyətinin sədri 

Mahmud Kərimov - Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti 

2. "Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 2177 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin. 

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, "27" noyabr 2008-ci il

№ 73