Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikasının 2012-ci il Dövlət Büdcəsində dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 546 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 368-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 546 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №12, maddə 1122, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 aprel tarixli 621 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. 1.1-ci bənddə “5311,6” rəqəmləri “5911,6” rəqəmləri ilə, 1.1.1-ci yarımbənddə “810,0” rəqəmləri “1280,0” rəqəmləri ilə, 1.1.2-ci yarımbənddə “1321,6”rəqəmləri “1351,6”rəqəmləri ilə, 1.1.3-cü yarımbənddə“3180,0”rəqəmləri“3280,0”rəqəmləri ilə əvəz edilsin; 

1.2. 2-ci hissədəki cədvəldə aşağıdakı dəyişikliklər edilsin:

Ətraflı