Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadəsinin əsas istiqamətləri və xərcləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (22/10/2001)

Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnaməyə və Dövlət Neft Fondunun gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydalarına uyğun olaraq qərara alıram:


1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2001-ci ildə vəsaitinin istifadəsinin əsas istiqamətləri Azərbaycan Respublikası Prezidentinin "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" 2001-ci il 22 avqust tarixli 562 nömrəli və "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Fizuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli Fərmanlarına uyğun olaraq müəyyən edilsin və onlar üzrə xərclər 16 677,7 mln. manat məbləğində təsdiq olunsun.

2. 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsi ilə bağlı xərclərinin yönəldilməsinin istiqamətləri müəyyən edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru bu Fərmandan irəli gələn vəzifələrin icrasını təmin etsin.


4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.


Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 22 oktyabr 2001-ci il № 592.


Əlavə

Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 22 oktyabr tarixli
592 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir


Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2001-ci ildə istifadə edilməsi ilə bağlı xərclərin yönəldilməsinin istiqamətləri

 

Xərc istiqamətləri        

Xərclərin məbləği
(milyon manat)

 

1. Əsaslı tikinti

14 977.7

2. Layihələndirmə üzrə xidmətlərin haqqının ödənilməsi

           
1 700.0

Cəmi:  

 

16 677.7