Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
"Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2002-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 604 nömrəli Fərmanında əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Neft Fondunun Müşahidə Şurasının rəyini nəzərə alaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2002-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 604 nömrəli Fərmanında aşağıdakı əlavə və dəyişikliklər edilsin:

Fərmanın 1-ci bəndində "gəlirləri 880.196,0 mln. manat" sözləri "gəlirləri 1.180.196,0 mln. manat" sözləri ilə, "xərcləri 153.484,5 mln. manat" sözləri "xərcləri 522.162,2 mln. manat" sözləri ilə əvəz edilsin;

Fərmanın 2-ci bəndindəki cədvəldə 5-ci sıra nömrəsi 6-cı sıra nömrəsi hesab edilsin və aşağıdakı redaksiyada yeni 5-ci sıra nömrəsi əlavə edilməklə, gəlirlərin məbləğinin cəmi göstərilən qrafada "880 196,0" rəqəmləri "1 180 196,0" rəqəmləri ilə əvəz edilsin:

"5. Bonus ödənişləri 300 000,0"

3. Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 noyabr 2002-ci il, № 811.

Fərmanın 3-cü bəndindəki cədvəlin 1-ci və 2-ci sıra nömrələrində xərc istiqamətləri və xərclərin məbləği aşağıdakı redaksiyada verilsin, xərclərin məbləğinin cəmi göstərilən qrafada isə "153 484,5" rəqəmləri "522 162,2" rəqəmləri ilə əvəz edilsin:

Sıra № -si

Xərc istiqamətləri

Xərclərin məbləği

(milyon manat)

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" 2001-ci il 07 sentyabr tarixli 577 nömrəli "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" və 2002-ci il 13 may tarixli 700 nömrəli "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanları ilə bağlı xərclər 219 000,0

2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyul tarixli 739 nömrəli Fərmanına əsasən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər 300 000,0

2. Müəyyən edilsin ki, "Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyul tarixli 739 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkətində əldə ediləcək dövlətə məxsus pay üzərində sahiblik hüququ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə verilir, həmin pay üzrə dividendlər isə Azərbaycan Respublikası Dövlət Neft Fonduna yönəldilir.