Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na uyğun olaraq, habelə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun bir sıra göstəricilərinin, o cümlədən Azərbaycan Respublikasının 2005-ci il icmal büdcəsinin kəsirinin və xərclərin yuxarı həddinin məbləğlərinin təsdiq edildiyini nəzərə alaraq, qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin gəlirləri 1078033,3 milyon manat, xərcləri 1072871,0 milyon manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
|
No
|
Gəlir mənbələri
|
Gəlirlərin məbləği
(milyon manat)
|
|
1
|
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)
|
849562,5
|
|
2
|
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər
|
43438,5
|
|
3
|
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər
|
73875,0
|
|
4
|
Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər
|
110664,8
|
|
5
|
Digər gəlirlər və daxilolmalar
|
492,5
|
|
|
Cəmi:
|
1078033,3
|
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
|
No
|
Xərc istiqamətləri
|
Xərclərin məbləği
(milyon manat)
|
|
1
|
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi
|
202000,0
|
|
2
|
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər
|
105000,0
|
|
3
|
Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinə transfer
|
750000,0
|
|
4
|
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər
|
15871,0
|
|
|
Cəmi:
|
1072871,0
|
4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 1 mart 2005-ci il.