Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26/12/2007)

Məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması işini sürətləndirmək və onların müvəqqəti məskunlaşdığı çadır düşərgələrinin tam ləğv edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə "yə və 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları "nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarını nəzərə alaraq, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin təsdiq edilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 505 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1052; 2007-ci il, № 6, maddə 614) 3-cü bəndində verilmiş cədvəlin 1-ci sətirindəki "124 161,0" rəqəmi "154 161,0" rəqəmi ilə, 3-cü sətirindəki "183 620,0" rəqəmi "173 620,0" rəqəmi ilə, 5-ci sətirindəki "50 000,0" rəqəmi "30 000,0" rəqəmi ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin. 

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 26 dekabr 2007-ci il.