|
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (28/12/2006)
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları»na uyğun olaraq qərara alıram: 1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin gəlirləri 1 555 739,6 min manat, xərcləri 977 066,9 min manat məbləğində təsdiq edilsin. Sıra № Gəlir mənbələri Gəlirlərin məbləği (min manat) 1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 1 429 724,2 2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 5 561,6 3. Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 14 620,0 4. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) 17 200,0 5. Digər gəlirlər və daxilolmalar 200,0 6. Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 55 067,4 7. Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə ölkədaxili topdan satış qiyməti arasındakı fərqdən ödənişlər 33 366,4 CƏMİ 1 555 739,6 3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
İlham Əliyev, |








