Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (07/10/2009)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilən qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin və eyni zamanda, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı layihələrin vaxtında icrasını təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 26 fevral tarixli 68 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 2, maddə 81) 3-cü bəndində verilmiş cədvəlin 1-ci sırasında "80 000,0" rəqəmi "90 000,0" rəqəmi ilə, 3-cü sırasında "100 000,0" rəqəmi "120 000,0" rəqəmi ilə, 4-cü sırasında "110 000,0" rəqəmi "130 000,0" rəqəmi ilə, 5-ci sırasında "80 000,0" rəqəmi "30 000,0" rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 7 oktyabr 2009-cu il.